Azərbaycanda ehtiyat fondlarından ayırmalar 3 dəfə azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 19,6 milyon manat vəsait ayrılıb. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,9 dəfə azdır. Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 12,4 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 7,2 milyonmanat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,2 dəfə və 4,2 dəfə azdır.

Daha çox

Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib

Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ötən il Gürcüstanda böyük uğurla keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin məhz Azərbaycan Respublikasına həyata keçirməsi, eləcə də bu ilin aprel ayında Gürcüstan Prezidentinin ilk xarici səfərinin Azərbaycana baş tutması ölkələr arasında mövcud münasibətlərə verilən yüksək dəyərin və səmimi dostluq əlaqələrinin bariz nümunəsidir. “Eyni dərəcədə intensiv və səmərəli…

Daha çox

Azərbaycan Çexiya ilə bəzi sahələrdə fəaliyyətləri gücləndirir

Azərbaycan Çexiya ilə bir sıra sahələrdə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Çexiyaya işgüzar səfər çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşdə aparılıb. “İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə M. Cabbarov qeyd edib.

Daha çox

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları…

Daha çox

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. SİA xəbər verir ki, nazir abidənin önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər. Qeyd edək ki, Ceyhun Bayramovun Gürcüstana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub, o cümlədən, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və Ermənistanla sülh gündəliyi müzakirə olunub.

Daha çox

İşğaldan azad olunmuş ərazilərə 6 ayda 1,5 milyard manat xərclənib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 %-i həcmində və yaxud 1 milyard 552,4 milyon manat istifadə olunub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, həmin vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1 milyard 58,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin,…

Daha çox

Azərbaycanda real sektorun maliyyə əlçatanlığının genişləndirilməsi üzrə yeni maliyyə aləti tətbiq ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-dən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlayacaq. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir. Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və…

Daha çox

“Bir neçə il əvvəl Xankəndinə baxırdıq, indi isə orada qlobal forum keçirilir”

“Ata vəsiyyəti Azərbaycanın milli birlik və dövlətçilik ənənələrinin möhkəmlənməsində əsas dayaqlardan biridir. Cənab Prezidentin Şuşanın azad edilməsi zamanı etdiyi çıxış bu vəsiyyətin həyata keçirilməsinin rəmzi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, cənab Prezidentin sözləri həm xalqımıza, həm də dünyaya Azərbaycanın əzmkarlığını, qətiyyətini göstərdi: “Bir neçə il əvvəl Xankəndinə Cıdır Düzündən baxarkən illüziya kimi görünən məsafələr bu gün qlobal forumlarda müzakirə mövzusu olan reallıqlara çevrilib. Bu, Prezidentin rəhbərliyi altında həyata keçirilən strategiyanın, xalqın və dövlətin birliyinin, eləcə də milli hədəflərin gerçəkləşməsinin nəticəsidir. Ata vəsiyyətinin…

Daha çox

İlham Əliyev Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib. SİA-nın məlumatına görə, “X” sosial şəbəkəsində İlham Əliyevin bununla bağlı paylaşımında deyilir: “Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə…

Daha çox