Ceyhun Bayramovla gürcüstanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar. Nazirlər enerji,…

Daha çox

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır. Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyonmanatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6% az və 3,7 % çoxdur.

Daha çox

Şəxsi sərhədlər və cəmiyyətin müdaxiləsi

Şəxsi sərhədlər insanın mənəvi, emosional və fiziki təhlükəsizliyini təmin edən daxili qanunlardır. Bu sərhədlər insanın “harada başladığını” və “başqasının harada bitdiyini” müəyyənləşdirir. Lakin kollektivist cəmiyyətlərdə, xüsusilə də Azərbaycan kimi ənənəvi sosial dəyərlərin güclü olduğu toplumlarda şəxsi sərhədlər tez-tez ailə, qohum-qonşu, hətta tanımadığımız insanlar tərəfindən pozula bilər. “Ayıbdır”, “el-aləm nə deyər?”, “bunu etmə, qızsan” kimi ifadələr bu müdaxilənin sosial alətləri kimi çıxış edir. Bu müdaxilə bəzən məsləhət adı ilə təqdim olunsa da, nəticə etibarilə fərdin qərar azadlığını və özünüifadəsini məhdudlaşdıra bilər. SİA mövzu ilə bağlı araşdırma aparıb. Şəxsi sərhəd nədir? –…

Daha çox

Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. İcmal büdcədə 4 milyard 764,2 milyonmanat həcmində profisit yaranıb. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyonmanat və ya 16,3 % çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 % çox) olub. İşsizlikdən sığorta fondunun…

Daha çox

Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat

Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi böyük ziyalılıq, vətənpərvərlik göstərərək əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atdı və milli mətbuatımızın təməlini qoyan “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olundu. Bu ölkə həyatında böyük əks-səda doğurdu. Azərbaycan milli mətbuatı 150 ildə mürəkkəb, lakin şərəfli mərhələlərdən keçmişdir. Xalqın təkidli tələbi ilə Ümummilli liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalsitikanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən başlayaraq rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığı sahəsində köklü islahatlar aparıldı. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti…

Daha çox

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır. Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyonmanatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6% az və 3,7 % çoxdur.

Daha çox

İyul ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Daha çox

Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb

Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib. İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi…

Daha çox

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib. “Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda,…

Daha çox

Günortadan sonra təqdim edilən “gözlənilməz səhər xəbəri”

Rusiya məmurlarının səhhəti dövlət sirridir… Rusiya Ali Məhkəməsinin sədri, Putinin 2024-cü ilin aprelində bu vəzifəyə təyin etdiyi sinif yoldaşı İrina Podnosova vəfat edib. “Ağır xəstəlikdən sonra”, – TASS xəbər verir. Gözlənilməz səhər xəbəri. Podnosovanın ağır xəstəliyi ilə bağlı əvvəlki xəbərləri xatırlamırıq. Və dərhal, iyirminci illərin qaranlıq çağında biz keçmişdən, Sovet TASS-ından (həmişə “elan etmək səlahiyyəti” olan) sovet liderlərinin vəfatı ilə bağlı eyni hesabatları xatırlayırıq. Hər şey normal görünürdü və birdən-birə “ciddi və uzun sürəndən sonra”. Rəhbərliyin səhhəti sirrdir. Ölkə həmişəki kimi qaranlıqdadır. SİA olaraq…

Daha çox