Azərbaycanda gömrük borcunun ödənilməsində məsul subyektlər dəqiqləşdirilib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi ömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliklə Azərbaycanda gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə görə, gömrük ödənişlərini etmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunu istənilən maraqlı şəxsin ödəməsi,…

Daha çox

“Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir”

Dövlət başçısının Sərəncamı ilə Hacıqabul–Bəhrəmtəpə–Mincivan Sabirabad avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat ayrılıb Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi ölkəmizin inkişafında öz sözünü deyir. Verilən vədlər əməli fəaliyyətdə özünü göstərir. Dövlətimiz Ulu Öndər ideologiyası və Onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası…

Daha çox

Təqaüddə olan polis polkovnikdən mətbuat günü paylaşımı

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu “Əkinçi” qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütün media cameəsini, xüsusilə də daim haqqın, ədalətin və cəmiyyətin güzgüsü olan jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm. Bu gün mənim üçün də şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin vacib bir qolunu təşkil etmişdir. Bu dövrdə sözün və informasiyanın gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə önəmli bir missiya daşıdığının canlı şahidi oldum. Bu səviyyəyə gəlmək, mətbuatla işbirliyində…

Daha çox

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub. O, 2010-cu ildən AMB-də – Risk idarəetmə, Bazar əməliyyatları departamentləridə müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.

Daha çox

Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh sazişinin imzalanması üçün maneədir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfəri çərçivəsində həmkarı Maka Botçorişvilini Ermənistanla normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. SİA-nın məlumatına görə, nazirlər Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsini məmnuniyyətlə xatırlayıblar. C.Bayramov həmkarının diqqətinə sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığını çatdırıb.

Daha çox

Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb

Azərbaycan və Keniya energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu nazir Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda keçirilən görüşü çərçivəsində baş tutub. Görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan-Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib. Enerji sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji…

Daha çox

Qalib xalq təfəkkürü

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Sözügedən tədbir təkcə mühüm siyasi hadisə deyil, eyni zamanda, milli mətbuatımızın tarixində də əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Tədbirin adı ondan xəbər verir ki, Azərbaycan dünyada cərəyan edən bütün əsas tendensiyaları nəzərdən keçirir və nəinki təhlükələrdən özünü qorumağa çalışır, hətta müşahidə olunan proseslərin axınını belə öz xeyrinə çevirməyə çalışır. Sözügedən amil onun göstəricisidir ki, ölkəmiz öz inkişafında yeni keyfiyyət mərhələsini yaşayır. Əlbəttə ki,…

Daha çox

22 iyul – Milli Mətbuat günüdür

Tarixdə elə günlər var ki, o günlər yalnız təqvimdə deyil, millətin yaddaşında yaşayır. Elə günlər var ki, yalnız bir hadisənin deyil, bütöv bir ideyanın, bir ruhun, bir başlanğıcın adıdır. Azərbaycan mətbuatının doğulduğu 22 iyul – həmin tarixi günlərdən biridir. Bu tarix yalnız bir qəzetin nəşr tarixi deyil, milli oyanışın, maarifçiliyin, xalqı sözlə, qələmlə oyatmaq missiyasının başlanğıcıdır. 1875-ci ilin o yay səhəri… Tiflisin küçələrində bir səs dolaşırdı. Bu səs kimin üçünsə adi bir xəbər kağızı idi, amma millət üçün yeni bir nəfəs, yeni bir ümid idi. “Əkinçi” qəzetinin ilk sayı –…

Daha çox

Serbiya ilə Kosovo arasında gərginlik yenidən alovlanır

Serbiya Kosovo ofisinin direktor müavini İqor Popoviçin Kosovoda həbsindən sonra normallaşma prosesinin dayandırıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Serbiyanın Kosovo Ofisinin direktoru Petar Petkoviç müavini İqor Popoviçin Kosovo Azadlıq Ordusuna qarşı bəyanatlarına görə həbs olunduqdan sonra Kosovo ilə normallaşma prosesinin dayandırıldığını açıqlayıb. Petkoviç, Kosovo hökumətinin qanunun aliliyindən sui-istifadə etdiyini iddia edərək deyib: “Popoviç sərbəst buraxılana qədər Kosovo ilə normallaşma prosesini dayandırırıq”. Petkoviç Kosovo ilə dialoq prosesinin dayandırılması ilə bağlı Avropa İttifaqındakı bütün müvafiq nümayəndələri məlumatlandırdığını bildirib və serbləri aşağılamaq cəhdlərinin edildiyini iddia edib. Serbiyanın Kosovo ofisinin direktor…

Daha çox

Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır

Paytaxtın bəzi ərazilərində su təchizatı infrastrukturunun üzərində aparılan qanunsuz tikintilər ciddi problemlərə səbəb olur. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Belə hallardan biri Bakının Binəqədi rayonunun M.S.Ordubadi küçəsində qeydə alınıb. Ötən həftə “955” Çağrı Mərkəzinə daxil olan məlumat əsasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə cəlb olunub. Monitorinq zamanı qəzanın 1400 mm diametrli “Kür-1” magistral su kəmərinin üzərində yerləşən, vətəndaşa məxsus həyətyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyi müəyyən edilib. Qazıntı…

Daha çox