Azərbaycan daxili işlər naziri adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan daxili işlər naziri Vilayət Eyvazovun adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb. SİA-nın məlumatına görə, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir. “Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş…

Daha çox

Zakir Həsənov Türkiyədə Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb. Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq,…

Daha çox

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək. Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək. Bundan başqa, Nazirlər Kabineti dörd…

Daha çox

Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.

Daha çox

Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin forumunda təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib. SİA Komitəyə istinadən xəbər verir ki, o, Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb. A.Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə…

Daha çox

Ukraynanın, yoxsa Rusiyanın 50 günü

ABŞ prezidenti Donald Trampın ölkəsinin artıq Ukraynaya pulsuz və birbaşa silah verməyəcəyini açıqlamasından sonra ilk dəfə olaraq Ramşteyn formatında – Ukrayna ordusuna yardım edən ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. Pentaqonun rəhbəri Pit Heqset görüşdə iştirak etməyib. Buna baxmayaraq, görünür, Trampın təklif etdiyi Ukraynanın silahlanması sxemi təsdiqlənib. Böyük Britaniyanın müdafiə naziri Con Healey Kiyevə 50 günlük intensiv silah tədarükü kampaniyasına başladığını elan edib. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu (başqa cür Ramşteyn formatı kimi tanınır – ilk iclasının keçirildiyi Almaniyadakı Amerika bazasının adından sonra) bu dəfə onlayn görüşüb. 52 ölkənin nazirlikləri və…

Daha çox

Azərbaycanda torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsaslar təsdiq edilib

Prezident İlham Əliyev Milli Məclis iyulun 14-də qəbul etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. SİA xəbər verir ki, sənədlə Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilib. Qanun Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək qəbul edilib. Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı)…

Daha çox

Azərbaycan Çexiya ilə nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Çexiya arasında nəqliyyat və tranzit layihələri sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Çexiyaya səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Martin Kupka ilə görüşdə aparılıb: “Görüşdə infrastrukturun təkmilləşdirilməsi layihələri barədə danışdıq. İnnovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə etdik”.

Daha çox

Azərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. SİA xəbər verir ki, sənədlə Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilib. Xatırladaq ki, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib. Akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan…

Daha çox

Keçmişdən gələcəyə” adlı konfrans keçirilib

22 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilmişdir. SİA xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Vüqar Rəhimzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri Vüqar Əhməd, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma, Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva, mətbuat tədqiqatçısı Leyla Məmmədli, həmçinin RİH başçısı Aparatının və Yeni Azərbaycan Partiyası…

Daha çox