Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır. Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyonmanatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6% az və 3,7 % çoxdur.

Daha çox

İyul ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Daha çox

Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb

Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib. İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi…

Daha çox

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib. “Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda,…

Daha çox

Günortadan sonra təqdim edilən “gözlənilməz səhər xəbəri”

Rusiya məmurlarının səhhəti dövlət sirridir… Rusiya Ali Məhkəməsinin sədri, Putinin 2024-cü ilin aprelində bu vəzifəyə təyin etdiyi sinif yoldaşı İrina Podnosova vəfat edib. “Ağır xəstəlikdən sonra”, – TASS xəbər verir. Gözlənilməz səhər xəbəri. Podnosovanın ağır xəstəliyi ilə bağlı əvvəlki xəbərləri xatırlamırıq. Və dərhal, iyirminci illərin qaranlıq çağında biz keçmişdən, Sovet TASS-ından (həmişə “elan etmək səlahiyyəti” olan) sovet liderlərinin vəfatı ilə bağlı eyni hesabatları xatırlayırıq. Hər şey normal görünürdü və birdən-birə “ciddi və uzun sürəndən sonra”. Rəhbərliyin səhhəti sirrdir. Ölkə həmişəki kimi qaranlıqdadır. SİA olaraq…

Daha çox

Azərbaycanda ehtiyat fondlarından ayırmalar 3 dəfə azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 19,6 milyon manat vəsait ayrılıb. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,9 dəfə azdır. Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 12,4 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 7,2 milyonmanat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,2 dəfə və 4,2 dəfə azdır.

Daha çox

Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib

Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ötən il Gürcüstanda böyük uğurla keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin məhz Azərbaycan Respublikasına həyata keçirməsi, eləcə də bu ilin aprel ayında Gürcüstan Prezidentinin ilk xarici səfərinin Azərbaycana baş tutması ölkələr arasında mövcud münasibətlərə verilən yüksək dəyərin və səmimi dostluq əlaqələrinin bariz nümunəsidir. “Eyni dərəcədə intensiv və səmərəli…

Daha çox

Azərbaycan Çexiya ilə bəzi sahələrdə fəaliyyətləri gücləndirir

Azərbaycan Çexiya ilə bir sıra sahələrdə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Çexiyaya işgüzar səfər çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşdə aparılıb. “İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə M. Cabbarov qeyd edib.

Daha çox

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları…

Daha çox

Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. SİA xəbər verir ki, nazir abidənin önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər. Qeyd edək ki, Ceyhun Bayramovun Gürcüstana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub, o cümlədən, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və Ermənistanla sülh gündəliyi müzakirə olunub.

Daha çox