Rusiyanın paytaxtı Moskva şəhərində iyulun 21-də rekord miqdarda yağıntı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Meteonovosti” agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova bazar ertəsi öz “Telegram” kanalında məlumat verib. Sinoptikin sözlərinə görə, sonuncu rekord 2000-ci ildə qeydə alınmışdı. “Moskvaya bir gündə 49 mm yağıntı düşüb. Bu, yeni gündəlik rekorddur! Əvvəlki rekord 2000-ci ildə qeydə alınıb – 39,5 mm”, – o bildirib. Qeyd edək ki, mütəxəssislər yağışlı hava şəraitinin həftənin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.
Daha çoxDay: July 22, 2025
İsrail Livanın cənubunu vurdu
İsrail ordusu Livanın cənubundakı Bint Cbeil şəhərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hücumun həyata keçirilməsində məqsəd Hizbullahın silahlı üzvünün zərərsizləşdirilməsidir.
Daha çoxZəif şifrə 158 illik Britaniya şirkətini iflasa sürükləyib
Sadə və zəif şifrə 158 illik Britaniya şirkətinin fəaliyyətini tamamilə dayandırıb və 700 nəfəri işsiz qoyub. SİA BBC-yə istinadla xəbər verir ki, hadisə Northamptonşirdə yerləşən KNP adlı nəqliyyat şirkətində baş verib. Şirkətin kompüter sisteminə “Akira” adlı haker qrupu tərəfindən hücum edilib. Hakerlər sadəcə bir işçinin zəif şifrəsini təxmin edərək sistemə daxil olublar. Hadisə 2023-cü ilin iyun ayında baş verib və bu kiberhücum nəticəsində şirkət qısa müddət ərzində fəaliyyətini dayandırmalı olub. Məsələ hazırda BBC-nin “Panorama” proqramında geniş araşdırma çərçivəsində yenidən gündəmə gətirilib. KNP hadisəsi Böyük Britaniyada bizneslərə qarşı artan kiberhücumların tək…
Daha çoxI Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapılıb
Şotlandiya sahillərindən təxminən 96 kilometr məsafədə, Şimal dənizində 109 il əvvəl batırılmış Britaniya Kral Donanmasına məxsus hərbi gəminin qalıqları aşkar edilib. SİA BBC-yə istinadla xəbər verir ki, “HMS Nottingham” adlı 150 metrlik döyüş gəmisi 1916-cı il avqustun 19-da alman sualtı qayığı tərəfindən torpidolandıqdan sonra batmışdı. Hücum nəticəsində 38 heyət üzvü həlak olmuşdu. Gəminin qalıqları beynəlxalq “ProjectXplore” komandası tərəfindən 82 metr dərinlikdə müəyyən edilib. Tarixi əhəmiyyətli gəmi qəzalarının yerini müəyyənləşdirməyi hədəfləyən bu ekspedisiya gəminin ölçüləri, avadanlığı və vəziyyətinin tarixi məlumatlarla üst-üstə düşdüyünü bildirərək onun “HMS Nottingham” olduğunu bildirib. Dalğıclar gəminin gövdəsində…
Daha çoxSerbiya Kosovo ilə normallaşma prosesini dayandırıb
Serbiya Kosovo ilə dialoq və normallaşma prosesini dayandırıb. SİA xəbər verir ki, bu barədə Serbiyanın Kosovo və Metoxiya ofisinin direktoru Petar Petkoviç deyib. O bildirib ki, buna səbəb ofisin direktor müavini İqor Popoviçin Kosovo təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasıdır. “Kosovo rəhbərliyi qanunlardan sui-istifadə edib. İqor Popoviç azadlığa buraxılana qədər Kosovo ilə normallaşma prosesini dayandırırıq”, – deyə Petar Petkoviç qeyd edib. Serbiya Baş naziri Duro Macut da İqor Popoviçin həbsini pisləyib. Qeyd edək ki, İqor Popoviçin 30 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Belqrad ilə Priştina arasında dialoq və normallaşma…
Daha çoxTürkiyə və İranın XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Danışıq zamanı Qəzzadakı humanitar vəziyyət, Suriyadakı son hadisələr, eləcə də cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan nüvə danışıqları müzakirə olunub.
Daha çoxBəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Daha çoxUimbldon tennis kompleksi üç dəfə genişlənəcək
Britaniyada Uimbldon tennis kompleksinin təxminən üç dəfə böyüdülməsi planlaşdırılır. SİA BBC-yə istinadla xəbər verir ki, “Uimbldon Parkını Qoruyaq” (SWP) adlı kampaniya qrupu bu genişləndirmə planlarına qarşı məhkəməyə müraciət etsə də, Ali Məhkəmə hakimi onların iddiasını rədd edib. Beləliklə, “Greater London Authority” (GLA) tərəfindən təsdiqlənmiş layihə qüvvədə qalıb. Plana əsasən, əvvəlki Uimbldon Park qolf klubunun yerləşdiyi ərazidə 38 yeni tennis kortu və 8 min nəfərlik stadion inşa ediləcək.
Daha çoxHəftənin əsas siqnalı Hindistandan gəldi…
Kreml ilin sonuna qədər maliyyə zərbəsi gözləyir. Hindistan energetika naziri vasitəsilə Rusiya neftini Fars körfəzi ölkələrinin nefti ilə əvəz etməyə hazır olduğunu bəyan edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məsələ burasındadır ki, Rusiya neftini qeyri-qanuni alan ölkələrə 500 faiz rüsumla bağlı Qrem Aktını həyata keçirmək mümkün deyil. Amma Hindistanla danışıqlar aparmaq olar ki, o, Rusiya neftini Fars körfəzinin nefti ilə əvəz etsin. Bununla bağlı danışıqlar aparılarsa, bu, Rusiyanın ilin sonuna qədər potensial olaraq neft gəlirlərinin ən azı 20 faizini itirəcəyi anlamına gələcək. Və bu…
Daha çoxRusiyada ixtisar hazırlayan şirkətlərin sayı demək olar ki, iki dəfə artıb…
Mərkəzi Bank: ixtisarlar tezliklə maşınqayırma, əczaçılıq və mədən sənayesinə təsir edəcək… Rusiyada 2025-ci ilin ilk altı ayında işçilərini ixtisar etməyi planlaşdıran şirkətlərin sayı demək olar ki, iki dəfə artıb. Əgər yanvar ayında işəgötürənlərin 6,9 faizi ixtisarları nəzərdə tuturdusa, iyunda bu rəqəm artıq 11,5 faizə yüksəlib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumatlar Mərkəzi Bankın 11 577 müəssisə arasında apardığı araşdırmada təqdim olunub. İşdən çıxarılmalarda ən nəzərəçarpacaq artım mədənçıxarma sənayesi, maşınqayırma və əczaçılıq sahələrində qeydə alınıb. Mərkəzi Bankın hesabatında buna səbəb kimi məhsullara tələbatın…
Daha çox