Rusiyanın paytaxtı Moskva şəhərində iyulun 21-də rekord miqdarda yağıntı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Meteonovosti” agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova bazar ertəsi öz “Telegram” kanalında məlumat verib. Sinoptikin sözlərinə görə, sonuncu rekord 2000-ci ildə qeydə alınmışdı. “Moskvaya bir gündə 49 mm yağıntı düşüb. Bu, yeni gündəlik rekorddur! Əvvəlki rekord 2000-ci ildə qeydə alınıb – 39,5 mm”, – o bildirib.
Qeyd edək ki, mütəxəssislər yağışlı hava şəraitinin həftənin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.