Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir



Lider mobil operator jurnalistlər üçün xüsusi internet kampaniyası təqdim edir



Bugün – 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görənbu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib.

Azercell Telekomənənəsinə sadiq qalaraq,Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə vəİkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketihədiyyə edir.Təqdim olunanmobil internet 30 gün müddətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Eyni zamanda, şirkətin sosial media kanallarında media və jurnalistika mövzusuna həsr olunmuş maarifləndirici və əyləncəli interaktiv müsabiqələr keçirilib. Aktiv iştirakçılar arasından seçilən qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

Media nümayəndələrinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell,2011-ci ildən etibarən “Mediacell” tarif paketi vasitəsilə ölkədə rəsmi qeydiyyatdan keçmiş media orqanlarında çalışan KİV nümayəndələri üçün fərdi şərtlərlə xidmət göstərən ilk mobil operatordur.Şirkət media nümayəndələrinin peşəkar inkişafına dəstək məqsədilə ingilis dili kursları, ixtisaslaşmış seminarlar və təlim proqramları da daxil olmaqla, müxtəlif istiqamətli təşəbbüslər həyata keçirməklə bu sahəyə töhfəsini davam etdirir.

Azercell, həmçinin Vətən müharibəsi zamanı cəbhə xəttindən yerli və beynəlxalq ictimaiyyətə doğru və operativ məlumatçatdıran jurnalistlərin etibarlı və fasiləsiz rabitə ilə təmin olunmasına xüsusi diqqət yetirib. Şirkət, işğaldan azad edilmiş ərazilərdə peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini hər zaman dərin hörmətlə anır.

Azercell media sahəsində çalışan bütün əməkdaşları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayır!

Əlaqəli Xəbərlər