Ailəni dağıdaraq azadlıq qazanmaq olarmı?

Müasir dövrdə azadlıq anlayışı o qədər təhrif olunub ki, artıq insanlar ailə dəyərləri ilə azadlığı bir arada təsəvvür etməkdə çətinlik çəkir. Xüsusilə də son illərdə televiziya, radio və sosial şəbəkələrdə qadın azadlığı və ailə münasibətləri haqqında yayılan verilişlər, mövzular və debatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Bəs bu narahatlıq nədən qaynaqlanır? “Azadlıq” adı altında ailəyə edilən zərbə Artıq efirlərdə demək olar ki, hər gün ailə məsələləri müzakirə olunur: “qadın ərinə tabesizlik göstərdi”, “ər həyat yoldaşına xəyanət etdi”, “gəlin qayınanaya hörmətsizlik etdi”, “uşaq atılıb”, “qadın azadlığını tələb etdi” və s. Ən təhlükəlisi…

Daha çox

Azərbaycan və Şimali Makedoniya enerji, ticarət və investisiya tərəfdaşlığını müzakirə edib

Azərbaycan və Şimali Makedoniya arasında enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, işgüzar səfər çərçivəsində Şimali Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğu qeyd edilib. “İşgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdik. Enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə etdik”, – deyə nazir bildirib.

Daha çox

Azərbaycan Milli Mətbuatının 150 illiyi ölkəmizdə böyük təmtəraqla qeyd edilir

2025-ci il Azərbaycan mətbuat tarixi üçün mühüm və əlamətdar bir ildönümüdür. Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. 150 illik yol milli mətbuatımızın keçdiyi zəngin tarixi, milli oyanışa, maarifçilik hərəkatına və müstəqillik uğrunda mübarizəyə verdiyi töhfələri əks etdirir. Zərdabi ilə başlanan yol Azərbaycan mətbuatının əsası 22 iyul 1875-ci ildə görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulub. Bu qəzet milli dildə, sadə xalq üslubunda yazılırdı və onun əsas məqsədi xalqı maarifləndirmək, elm və təhsili təbliğ etmək idi. “Əkinçi” qısa…

Daha çox

“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi təqdim olundu

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin təqdimatı keçirilib. SİA xəbər verir ki, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçisi “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, eksperti “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Mayak” nəşriyyatının rəhbəri Sadiq Babazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən…

Daha çox

Şahin Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

İyulun 25-də saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA Komitəyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Daha çox

Azərbaycan IMF-lə əməkdaşlığı dərinləşdirmək istəyir

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi və gələcək potensial əməkdaşlıq imkanları müzakirə olunub. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov IMF-in ölkə üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik eydiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qlobal iqtisadi trendlər, inflyasiya gözləntiləri, pul siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, həmçinin maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha çox

“Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və geniş töhfələr verəcək”

“Başqa ölkələrdə də beynəlxalq forumlar keçirilir amma Azərbaycanda keçirilən media forumu həqiqətən öz spesifikliyi ilə fərqlənir. Spesifiklik nədir? Burada həm təşkilatçılıq baxımından, həm iştirakçıların daha geniş arenanı əhatə etməsi baxımından, həm də cənab Prezidentin və digər rəsmi şəxslərin bu foruma qatılması xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu zamanı SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, cənab Prezidentin burada iştirakı və 3 saat ərzində iştirakçılarla yaxından söhbət etməsi, onların ən həssas mövzular üzrə suallarını cavablandırması başqa media forumlarda müşahidə…

Daha çox

QHT sədri Rumıniyada ekoloji təcrübə proqramında iştirak edib

Azərbaycan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyəti Almaniya Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Rumıniyanın Qalaç şəhərinə işgüzar səfər edib. Tədbirdə iştirak edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva bildirib ki, səfərin əsas məqsədi tullantıların idarə olunması, eyni zamanda ekoloji layihələrin həyata keçirilməsi və tullantıların yenidən emalı ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsindən ibarət olub. R. Mehtiyeva qeyd edib ki, nümayəndə heyəti səfər çərçivəsində Qalaç şəhərinin müxtəlif bələdiyyələrində və tullantıların çeşidlənməsi məntəqələrində və Aşağı Dunay universitetində görüşlər keçiriərək,sahə üzrə hər iki tərəfin nümayəndələri ilə qarşılıqlı müzakirələr aparıblar. Onlar həmçinin əhaliyə…

Daha çox

Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulub

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması…

Daha çox

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında və 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) minib-düşmə yerləri istifadəyə verilib. Qeyd edilib ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, həmçinin təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Daha çox