Hikmət Hacıyevin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu qeyd olunub. “Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz. Azərbaycan vətəndaşlarını, jurnalistləri,…

Daha çox

Rusiya batır, başqalarını da…

Dünyanın ən zəngin ölkəsi (bu, Rusiyadır) dünyanın müxtəlif qaynar nöqtələrində bilavasitə, yaxın qonşuları ilə birbaşa müharibələrə qoşulması şimal qonşumuzu dizə gətirib. Yəni, Rusiya artıq iqtisadi, siyasi, hərbi və hətta mənəvi cəhətdən çökür. Həm də, bu çöküşün geri dönüşü yoxdur. SSRİ-nin varisi olan bu ölkənin məhvə doğru iri addımlarla irəliləməsini hətta, qonşu Ermənistanda da təsdiq edirlər. Ermənilər yazırlar ki, Rusiya çökür, dağılır və tənəzzülə uğrayır. Belə olduğu halda onun yanında durmaq çox təhlükəlidir. Çünki yıxılsa Ermənistanı da çəkib özü ilə aparacaq. Ermənilər yazır: Bu, sadəcə bir növ heyrətamiz və sonsuz absurd…

Daha çox

Rusların hökumətdən narazılığı bir il ərzində rekord həddə çatıb

Mənzil-kommunal xidmətlərinin tariflərinin şok artımı öz təsirini göstərdi. …Son 10 ilin rekordu olan və bəzi bölgələrdə onlarla faiz təşkil edən kommunal xidmət tariflərinin şok artımı ruslar arasında sosial narazılıq səviyyəsini artırıb. SİA xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. FOM-un sorğusuna əsasən, iyunun 29-dan iyulun 13-dək “tanışlarından hakimiyyət haqqında tənqidi ifadələr eşitməli” vətəndaşların payı 25 faizdən 30 faizə yüksəlib. Hökumətin tənqidini “eşitmək məcburiyyətində qalmayan” respondentlərin payı iki həftə ərzində 71 faizdən 66 faizə, yəni 5 faiz bəndi azalıb ki, bu da Ukrayna Silahlı…

Daha çox

Regionun maraqlarını təmin edən MÖVCUD GEOSİYASİ VƏZİYYƏT

Bütün dünyanın gözü önündə Qafqaz kəskin şəkildə dəyişir və yeni reallıqları hər kəs qəbul etməkdədir. Sözsüz ki, 44 günlük müharibə və Azərbaycanın mükəmməl qələbəsinə qədər Qafqazı məhz təkcə xüsusi maraqları deyil, Rusiyanın prioritet təsir dairəsi adlandırmaq olardı, amma indi belə bir fikrə də düşmək mümkün deyil. Hazırda hansısa müstəsna təsirləri istər xarici oyunçular, istərsə də region ölkələrinin özləri belə qətiyyən qəbul etmirlər. Hansısa manevrlər üçün imkanın belə olmadığı göz önündədir və dəyişən regional geosiyasi dizayn tamamilə fərqlidir. Fərqli olan məhz Cənubi Qafqazda mövcud geosiyasi vəziyyətdir… Müşahidə edilən kardinal geosiyasi dəyişikliklər…

Daha çox

Belçikada islamofob və antitürk əhval-ruhiyyə hökm sürür

Belçikada anti-Azərbaycan kampaniyası aparan KİV-ləri və QHT-ləri Belçika hakimiyyəti və Corc Soros maliyyələşdirir Azərbaycanın iqtisadi, sosial, siyasi, hərbi və digər sahələr üzrə gücünün artması, nüfuzunun yüksəlməsi bəzi xarici dövlətləri ciddi şəkil də narahat edir. Bu səbəbdən də, müxtəlif iyrənc vasitə və üsullardan istifadə etməklə görülən fundamental işlərə, qazanılan möhtəşəm uğurlara kölgə salmağa çalışırlar. Xüsusilə də bu cür çirkin kampaniyada Avropa İttifaqı və onun idarə edilməsində aktivlik nümayiş etdirən Fransa, Almaniya, Belçika, Niderland və digər ölkələr fəallıq nümayiş etdirdikləri görünür. Bu ölkələrinin başında isə Fransanın durduğu şübhəsizdir. Çünki Fransa Avropa İttifaqının…

Daha çox

Zinyət əşyası alan müştərilərə niyə qəbz verilmir?

“Qəbz təqdim olunmaması, xüsusilə bəzi sahələrdə – o cümlədən ziynət əşyaları və geyim satışında – hələ də rast gəlinən ciddi vergi pozuntularından biridir. Müştəriyə alış zamanı kassa çeki və ya elektron qəbz verilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir və bu cür hallar qanunvericiliyə ziddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Eyyub Kərimli sözlərinə belə davam edib: “Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış əməliyyatını sənədləşdirmək və alıcıya rəsmi ödəniş sənədi təqdim etmək öhdəliyinə malikdirlər. Bu tələb həm şəffaf maliyyə dövriyyəsinin təmin olunması, həm də dövlətin…

Daha çox

Dünya mətbuatı İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir. SİA xəbər verir ki, Çinin Sinxua agentliyinin “Azərbaycan Prezidenti Çinlə qarşılıqlı etimadın yüksək səviyyəsini alqışlayıb” sərlövhəli məqalə dərc edib. Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, son dövrlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə dəfələrlə görüşmək imkanı olduğunu, bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdə…

Daha çox

Ailəni dağıdaraq azadlıq qazanmaq olarmı?

Müasir dövrdə azadlıq anlayışı o qədər təhrif olunub ki, artıq insanlar ailə dəyərləri ilə azadlığı bir arada təsəvvür etməkdə çətinlik çəkir. Xüsusilə də son illərdə televiziya, radio və sosial şəbəkələrdə qadın azadlığı və ailə münasibətləri haqqında yayılan verilişlər, mövzular və debatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Bəs bu narahatlıq nədən qaynaqlanır? “Azadlıq” adı altında ailəyə edilən zərbə Artıq efirlərdə demək olar ki, hər gün ailə məsələləri müzakirə olunur: “qadın ərinə tabesizlik göstərdi”, “ər həyat yoldaşına xəyanət etdi”, “gəlin qayınanaya hörmətsizlik etdi”, “uşaq atılıb”, “qadın azadlığını tələb etdi” və s. Ən təhlükəlisi…

Daha çox

Azərbaycan və Şimali Makedoniya enerji, ticarət və investisiya tərəfdaşlığını müzakirə edib

Azərbaycan və Şimali Makedoniya arasında enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, işgüzar səfər çərçivəsində Şimali Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğu qeyd edilib. “İşgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdik. Enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə etdik”, – deyə nazir bildirib.

Daha çox