III Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digər reallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi. Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi…

Daha çox

İndoneziya sahillərində yanan gəmidən 568 nəfər xilas edilib

İndoneziya sahillərində yanan kruiz gəmisindən 568 nəfərin xilas edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi Şimali Sulavesi sahillərində bir kruiz gəmisində dünən baş verən yanğınla bağlı açıqlama yayıb. Açıqlamada yanğında öldüyü bildirilən 5 nəfərdən ikisinin sağ olduğu, ölənlərin sayının isə 3-ə çatdırıldığı qeyd edilib. Axtarış-xilasetmə işləri nəticəsində gəmidə olan 568 nəfərin xilas edildiyi bildirilib.

Daha çox

Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydıqları məlumata istinadən xəbər verir. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq. Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları…

Daha çox

Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb. Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərə 30 regionu təmsil edən, müxtəlif instansiyalarda çalışan, o cümlədən apellyasiya və birinci instansiya məhkəmələrində fəaliyyət…

Daha çox

Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, görüş zamanı əsas diqqət komanda və strukturun formalaşdırılması, açar vəzifələr üçün düzgün kadrların seçilməsi, eləcə də idarəetmədə dəyişikliklərin effektiv şəkildə tətbiqi məsələlərinə yönəlib. Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı…

Daha çox

Son altı ayda 300-ə yaxın müəllifin əsəri qeydiyyatdan keçirilib

Bu ilin altı ayı ərzində 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib. SİA-ya xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyində jurnalistlərlə görüşdə məlumat verilib. Qeyd edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur. Bundan başqa, ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia senadi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə…

Daha çox

Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış

Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Xankəndi şəhəri iyulun 19-da mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir. 52…

Daha çox

III Şuşa Qlobal Media Formunun 3-cü günü başlayıb

Şuşada “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb. SİA-nın verdiyi məlumata görə, forumun 3-cü günündə ilk panelin mövzusu “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” adlı mövzuda müzakirələr olub. Panelin moderatoru Beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudordur. Çıxışçılar isə Jaffar Hasnain Aparıcı və müxbir, TRT World; Ziphora Maubane Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri, Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi; Wang Delu Baş redaktorun birinci müavini, Avrasiya Bürosu, Çin Media Qrupu; Şəfəq Mehrəliyeva Fakültə üzvü, Kommunikasiya və Rəqəmsal Media…

Daha çox