Avropa Komissiyası 2030-cu ildən etibarən Avropa Birliyindəki şirkətlərin yalnız elektrik avtomobilləri ala biləcəkləri təşəbbüs hazırlayır.
SİA xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri sənədlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məqaləsində deyilir ki, 2030-cu ildən etibarən Sixt və ya Europcar kimi şirkətlər, eləcə də iri firmalar yalnız elektrik avtomobilləri ala biləcəklər.
Qəzetin yazdığına görə, tədbir ilk növbədə Avropa İttifaqında yeni avtomobil satışının ümumi həcminin 60 faizə qədərini təşkil edən korporativ avtomobil parklarına təsir edəcək. Təşəbbüsün əsas məqsədi daxili yanma mühərrikləri olan avtomobillərdən “yaşıl” hərəkətliliyə keçidi sürətləndirməkdir.
Nəşr qeyd edir ki, sənəd çox reklam edilmədən hazırlanır. Bu arada, Avropa Parlamentində artıq ideyanın tənqidi səslənir. Xristian Sosial Birliyinin deputatı Markus Ferber, avtomobil kirayəsi şirkətlərinin müştərilərin şarj stansiyalarının çatışmazlığı ilə üzləşdiyi üçün elektrik avtomobil parklarını azaldığını söyləyib.
Bununla bağlı təklifin yaxın aylarda müzakirəyə çıxarılması gözlənilir.
Nazlı Almuradova