İstanbul hava limanı yenə dünyanın ən yaxşısı seçildi

Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-ın səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlayıb. Nazir qeyd edib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.

Daha çox

Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır

Buraya (Azad olunan torpaqlara – red.) qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. Dövlətimizin başçısı deyib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun…

Daha çox

Ermənilərin mövqeyi dəyişib, amma…

Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır Əbu-Dabidə müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın aşağı səviyyədə olması idi ki, bu da tamamilə anlaşılandır. Bizə gəldikdə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?…Mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. SİA yerli mənbələrə…

Daha çox

Avropada dağlara susuz gedən turistlər çətinliklə sağ qalıblar…

…Altı turist Avropadakı dağları fəth etmək qərarına gəliblər, Belə ki, onlar dağa yürüş edərkən özləri ilə su götürməyiblər və bir müddət sonra təhlükə siqnalı göndəriblər. SİA xəbər verir ki, bu barədə Cronica Balear (CB) nəşri məlumat yayıb. Deməli, ötən cümə axşamı üç turist 8-14 yaşlarında üç uşaqla İspaniyanın Mayorka adasındakı Torrent de Pareis çayı üzərindəki dağlara gediblər. Gəzinti zamanı onlar özləri ilə su gətirmədiklərini, ciddi şəkildə susuz qaldıqlarını və həddindən artıq yüksək temperaturda çətinliklə sağ qala biləcəklərini başa düşüblər. Serra de Tramuntana dağ silsiləsinin mərkəzində onlar xilasediciləri çağırıblar. Helikopterlə hadisə…

Daha çox

Rusiyada hər beşinci tibb bacısı işinin birinci ilində işdən çıxır…

Rəsmi statistikaya görə, tibb bacılarının 21 faizi ilk iş ilində işdən çıxıb. Bəzi bölgələrdə bu rəqəm 40 faiz və daha çox olur. SİA-nın məlumatına görə, rusların səhiyyə nazirliyi səlahiyyətlisi Rusiya səhiyyəsində kadr dəyişikliyi ilə bağlı məlumatları açıqlayıb. Pensiya Fondu ilə birgə araşdırmaya görə, hər beşinci tibb bacısı (21 faiz) işə başladığı ilk il ərzində işdən çıxır. Yeni işə qəbul olunan 69 min mütəxəssisdən 15 minə yaxını bir il belə peşəsində qalmır. Bölgədən asılı olaraq vəziyyət xeyli dəyişir. İvanovo və Xerson bölgələrində, həmçinin Çukotka və Yamalda ixtisar nisbəti 15 faizdən çox…

Daha çox

Biz indi beynəlxalq səhnədə daha fəalıq

Biz indi beynəlxalq səhnədə daha fəalıq. Bizim digər ölkələr arasında vasitəçilik səylərinə gəldikdə, bunlar tam aydındır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib. Dövlətimizin başçısı əlavə edib ki, biz beynəlxalq ictimaiyyətin fəal üzvüyük və fərqli beynəlxalq iştirakçılarla güclü münasibətlərimiz var. Düşünürük ki, onlar daha mühüm, daha əhəmiyyətli rol oynaya bilərlər. Ən azı daha geniş regional məsələlərdə rol oynaya bilərlər.

Daha çox

“Mən sizə əmr edirəm: kim irəli getməsə, güllələyin…”

Rusiya dəniz piyadaları komandiri yaralıların güllələnməsi əmrini verib..? Ukrayna kəşfiyyatı radioya müdaxilə dərc edib… …Rusiya Sakit Okean Donanmasının 155-ci ayrı dəniz briqadasında komandirlər öz yaralı əsgərlərinin güllələnməsi əmrini verirlər. SİA-nın məlumatına görə, müvafiq radio dinləmə Ukrayna kəşfiyyatçıları tərəfindən açıqlanıb. Bu barədə Telegram-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Yayımlanan audioqəbuledicidə bölmə komandiri tabeliyində olanlara eyni briqadadan olan yaralı əsgəri öldürməyi açıq şəkildə əmr edir. …Dəniz Piyadaları Korpusunda heç bir xəstə insan yoxdur – var canlılar, bir də var ölülər. Onların da başqa variantları…

Daha çox

Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və…

Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. “Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır. “Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik…

Daha çox

Rusiyanın ən böyük taxıl rayonları məhsulun dağılması ilə üz-üzədir…

Son beş illikdə ən minimum məhsul… …Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun proqnozuna görə, Rusiyanın cənubundakı əsas taxıl rayonları – Rostov vilayəti, Krasnodar və Stavropol diyarları bu il son 5 ildə ən az taxıl məhsulu yığacaqlar. SİA-nın məlumatına görə, hər üç bölgə güclü quraqlıqla üzləşib və fermerlər bunun çoxillik rekordları qırdığını deyirlər. Cümə günü Kuban qubernatoru Veniamin Kondratyev regionun daha 8 rayonunda, o cümlədən qışlıq əkinlərin əsas hissəsinin cəmləşdiyi şimal rayonlarında fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Bundan əvvəl Krasnodar diyarının 9 rayonunda, eləcə də Rostov…

Daha çox

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib

Prezident İlham Əliyev görüşdə iştirak edib -YENİLƏNİB İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Sonda birgə foto çəkdirilib.

Daha çox