Rusiyada ildırım çobanı və bütün sürünü öldürüb…


Qaraçay-Çərkəz bölgələrinin birində ildırım vurması nəticəsində bir çoban və bütün qoyun sürüsü həlak olub.

SİA xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Hadisə yerinə gələn yerli sakinlər yerdə uzanmış çoban, yaxınlıqda ölü at və it, bir neçə metr aralıda isə altı-yeddi qoyun cəsədi görünüb.

Məlumatda bildirilir ki, faciə rayonun Qaralı kəndi yaxınlığındakı dağlıq ərazidə baş verib.

Polis qəzanı təsdiqləyib.

Əli Babayev

Əlaqəli Xəbərlər