Paşinyan İran prezidentini Ermənistana dəvət edib…


Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı barədə məlumat verib.

SİA-nın məlumatına görə, bu barədə “İnterfaks” yazır.

Baş nazir ötən ay baş vermiş faciəli hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib.

Söhbət zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəliyə aid geniş spektrli məsələləri müzakirə ediblər.

Baş nazir Paşinyan prezident Pezeşkiana Ermənistana rəsmi səfərə dəvət göndərib.

Bundan əvvəl Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkiana telefon danışığı zamanı Azərbaycanla danışıqlar prosesinin başa çatması barədə məlumat verib.

Paşinyanın aydınlaşdırdığı kimi, Azərbaycanla sülh sazişinin bağlanmasına yönəlmiş danışıqlar başa çatıb.

…Bu günlərdə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan belə bir fikir bildirib ki, Nikol Paşinyan ya Ermənistanın baş naziri postunu tərk etməli, ya da növbəti seçkilərdə iştirak etməməlidir.

Əli Babayev

Əlaqəli Xəbərlər