Moskvaya çata bilən “Super Taurus” yaradılır…



Raket haqqında ilk məlumat ortaya çıxıb…



…İyulun 17-də xüsusilə bir-birinin müdafiəsində qarşılıqlı yardımı nəzərdə tutan strateji müqavilə imzalayan Almaniya və Böyük Britaniya yeni nəsil uzaqmənzilli raket “super- Taurus” üzərində işə başlamaq barədə razılığa gəliblər. Moskva nişangahda…

SİA-nın məlumatına görə,“The Telegraph” yazır ki, belə bir raket yaxın 10 il ərzində hazırlanmalıdır. Hələlik yeni silahla bağlı təfərrüatlar azdır, lakin məlumdur ki, raketin uçuş məsafəsi 2000 km olmalıdır. Beləliklə, “super-Buğa” Berlindən Moskvaya (Almaniya paytaxtından Rusiya Federasiyasının paytaxtına düz xətt üzrə məsafə 1663 km-dir-A.B.) uça biləcək.

Yeni raket təxminən 500 km uçuş məsafəsinə malik Almaniyanın mövcud “Taurus” sisteminin inkişafı olacaq. Almaniyada bu sursatlardan 600-ə yaxını var və onlar ölkənin arsenalında ən güclülərdən sayılır.

“Taurus” raketləri Almaniya hökumətinin bu silahları Ukraynaya verməkdən imtina etməsi səbəbindən müntəzəm olaraq ictimai və siyasi müzakirə obyektinə çevrilir. Müttəfiqlik əlaqələrinin gücləndirilməsi Berlin və London arasında imzalanmış saziş müdafiə sahəsində qarşılıqlı dəstəyi və hərbi təchizatların koordinasiyasını nəzərdə tutur.

Jurnalistlər bu sazişi İkinci Dünya Müharibəsinin bitməsindən sonra iki ölkə arasında ən geniş müqavilə adlandırırlar. Müqavilə həm də Britaniya, Almaniya və Fransa arasında yaranmaqda olan “üçbucaqlı alyansın” bir hissəsidir – Rusiyadan gələn davamlı təhlükə fonunda Avropanın təhlükəsizliyini gücləndirmək təşəbbüsü…

Hər iki ölkə artıq NATO-nun 5-ci maddəsinin öhdəlikləri ilə bağlı olsa da, yeni saziş müdafiə sektorunda ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Almaniya Avropanın əsas hərbi gücüdür

…Nəşr qeyd edir ki, “Britaniya və Almaniya arasında hələ rəsmən təsdiqlənməmiş “super-Taurus” layihəsi Almaniyanı Avropada əsas hərbi gücə çevirmək üçün Merzin daha geniş səylərinin bir hissəsidir”.

May ayında Xristian Demokrat İttifaqı lideri Almaniyada qeyri-məhdud müdafiə maliyyələşməsinə qapı açan tarixi islahatlar həyata keçirdi.

Merz həmçinin ölkənin dağılan avtomobil və dəmir yolu şəbəkəsini təmir etmək üçün 500 milyard avroluq (430 milyard funt sterlinq-A.B.) xüsusi infrastruktur fondu yaradıb – Rusiya ilə müharibə vəziyyətində tankların və qoşunların NATO-nun şərq cinahına daşınması üçün lazım olan infrastruktur…

Əli Babayev

Əlaqəli Xəbərlər