Moskvadakı diasporumuz fəaliyyətini dayandıra bilər


Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər.

SİA xəbər verir ki, bu barədə Rusiya paytaxtında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov bildirib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlığından çıxarılandan və bu ölkədən deportasiya ediləndən sonra diaspora fəaliyyətini dayandıracaq: “Diasporumuz milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir. Diasporu çox güman ki, buraxacaqlar. Hazırkı vəziyyətdə heç kim bu sahədə işləmək istəmir”.

30 ildən çoxdur ki, Rusiyada yaşayan Elşən İbrahimov iyulun 4-də bu ölkədə qalma qaydalarını pozduğuna görə saxlanılıb. O, daha sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.

Əlaqəli Xəbərlər