Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb. SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilib ki, söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib. H. Fidan Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı hücumun regional sülh səylərinə zərbə vurduğunu bildirib. Türkiyə XİN başçısı terror təşkilatlarının Suriyanın cənubundakı vəziyyətdən sui-istifadə etməsinə qətiyyən icazə verilməyəcəyini əlavə edib. Telefon danışığı zamanı, həmçinin Qəzzadakı vəziyyət və atəşkəs danışıqlarında əldə olunan irəliləyiş də müzakirə olunub.