Bu halda, uşaq sahibi olmaqdan imtina etmək günah sayılmır…


…Məsələn, müəyyən sağlamlıq problemlərinə görə uşaq sahibi olmaqdan şüurlu imtina, pravoslav ənənəsində günah hesab edilmir.

SİA-nın məlumatına görə, bu barədə rusiyalı keşiş İeromonk Makari danışır.

Keşişin fikrincə, bu halda miras yolu ilə keçən ciddi xəstəliklərdən söhbət gedə bilər. Bundan əlavə, bəzən ümumi sağlamlıq vəziyyəti uşaq sahibi olmağa imkan vermir.

O, həmçinin bildirib ki, insanlar uşağa sərmayə qoymaq üçün maddi imkanlarının olmadığını anlayanda çətin iqtisadi vəziyyətdə ailələrini davam etdirməkdən imtina edə bilərlər.

…Görünür, bunlar bəzi müstəsna hallardır ki, uşaq sahibi olmaq istəməmək günah deyil.

Makarinin sözlərinə görə, bütün həyatımız belə hallardan ibarətdir. Ruhani ata həmçinin bildirib ki, ər-arvadın zəngin cinsi həyatı möhkəm nikahın vacib elementlərindən biridir və kişi ilə qadın münasibətlərində rifah əlaməti rolunu oynayır. …Və rusiyalı professor Aleksandr Nikolski qeyd edib ki, əgər insan nə etdiyini və dediyini başa düşsə, spirtli içki qəbul etdikdən sonra dua ilə Rəbbə müraciət etmək olar.

Sərxoş ibadət edə bilər, amma ondan “sərxoş ifa” etməməlidir.

Əli Babayev

Əlaqəli Xəbərlər