Tramp Çində Putin və Si Cinpinlə görüşə bilər


ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Times” qəzeti çıxış edib.

Nəşr iddia edir ki, ABŞ və Çin arasında bir sıra ticarət sövdələşmələri Trampı Pekinə qarşı sərt kursunu yenidən nəzərdən keçirməyə vadar edib və bu, Amerika liderinin İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə Çin paytaxtına hərbi parada mümkün dəvəti ilə bağlı fərziyyələrə səbəb olub.

Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Putin avqustun sonu – sentyabrın əvvəllərində Çinə səfər edəcək və burada İkinci Dünya müharibəsində qələbənin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

Əlaqəli Xəbərlər