Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3 263.1 və 263.1-1-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.

Əlaqəli Xəbərlər