Belarus sənayesi anbar üçün işləyir.?





Son beş ildə sənaye məhsulu ehtiyatlarının həcmi iki dəfədən çox artsa da satmağa yer tapılmır?



…2025-ci ilin birinci yarısının yekunlarına görə sənaye məhsulu ehtiyatlarının həcmi pul ifadəsində 11 milyard 593 milyon 417 min rubl təşkil edib – 2020-ci ilin eyni dövrü ilə müqayisədə (5 milyard 523 milyon 752 min) 2,1 dəfə çox. “Pozirki”nin apardığı Milli Statistika Komitəsinin məlumatlarının təhlilindən belə çıxır.

Hə, deyim ki, SİA-nın əldə etdiyi məlumata görə, bu Belarus iqtisadiyyatı ilə bağlı deyilir.

Amma, neyləməli ki, ölkənin Rusiyanın “yedəyində getməsi”, bütün bu “uğurları” heçə endirir.

İddialara görə, ehtiyatların orta aylıq istehsala nisbəti bütövlükdə ölkə üzrə 5,6 faiz bəndi (78,1 faizdən 83,7 faizə) artıb.

Əvvəllər bildirilmişdi ki, 2025-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı cari qiymətlərlə 102,4 milyard rubl təşkil edib ki, bu da bir il əvvəlkindən 0,3 faiz çoxdur.

Sənaye istehsalının mənfi dinamikası üç regionda nümayiş etdirilib: Vitebsk vilayətində – 2,8, Qomeldə – 3,1, Qrodnoda – 0,5 faiz.

Eyni zamanda, Minsk vilayətində məhsul istehsalı 4,2, Brest və Minskdə – 1,6, Mogilevdə – 0,8 artıb.

…Bəli, belarus səlahiyyətlilərinin dediklərinə görə, artım var, amma, ölkə sənayesi anbar üçün işləyir.

Belə ki, son beş ildə sənaye məhsulu ehtiyatlarının həcmi iki dəfədən çox artsa da bu mallara yaxın duran yoxdur..?

…Yox, mən demək istəmirəm ki, Rusiya ilə “curalıq” etdiyinə görə, amma…

Əli Babayev

Əlaqəli Xəbərlər