İyun ayında Avrozonada inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə bərabər olub. SİA xəbər verir ki, istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,3 faiz artıb.
Aylıq müqayisədə ən böyük qiymət artımı 1,51 faizlə xidmət sektorunda qeydə alınıb. Qida, spirtli içkilər və tütün məmulatlarının qiyməti əvvəlki ayla müqayisədə 0,59 faiz, qeyri-enerji sənayesi məhsullarının 0,13 faiz, enerji məhsullarının qiyməti isə 0,25 faiz artıb.
Avropa İttifaqı üzrə inflyasiya göstəricisi iyun ayında 2,2 faiz olub. İtaliyada isə inflyasiya 1,8 faiz təşkil edib.