Yevlaxın bir hissəsində qaz kəsilib


Yevlax şəhərinin bir hissəsində – 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb. SİA-nın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik “Qazıməmməd-Qazax II xətt” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Əlaqəli Xəbərlər