Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada kilsəyə olunan hücumu pisləyib.

SİA xəbər verir ki, pontifik hadisə ilə bağlı dərin kədərini ifadə edib, yaralıların sağalması və bütün kilsə icması üçün dua etdiyini bildirib.

Papa Leo Qəzzada dərhal atəşkəs çağırışı səsləndirib, bölgədə dialoq, barışıq və davamlı sülhün vacibliyini bir daha vurğulayıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni isə dinc əhaliyə qarşı həyata keçirilən hücumların qəbuledilməz olduğunu bildirib. O deyib ki, heç bir hərbi əməliyyat belə münasibətə haqq qazandıra bilməz.

Qeyd edək ki, Qəzzada katolik kilsəsinə hücum nəticəsində 2 nəfərin öldüyü, 3-ü ağır olmaqla 11-nin yaralandığı bildirilir. Ayağından yüngül yaralanan kilsə keşişi Qabriel Romanelli Qəzza şəhərindəki xəstəxanada müalicə olunub.

Əlaqəli Xəbərlər