13 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5 min 283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Daha çox

“AzərEnerji” Naxçıvanda yenidənqurma işlərinə başlayıb

“AzərEnerji” ASC Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərini sökərək yenidən qurmağa başlayıb. SİA xəbər verir ki, ilkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir. Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq. Ölkə Prezidentinin “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi…

Daha çox

Birinci yarımildə müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib

Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib. Bu ilin 6 ayında 79, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Daha çox

Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər

Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, – deyə nazir qeyd…

Daha çox

“Tramp ilin sonuna qədər Ukraynadakı müharibəni bitirə bilər”

ABŞ prezidentinin planı işə düşəcək..? ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 2025-ci ilin sonuna qədər bitirə bilər. SİA-nın məlumatına görə, “The Times” xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. …“The Times” qəzetinin “The General” və “The Journalist” podkastına müsahibə verən Yermak deyib ki, yalnız iqtisadi problemlər Rusiya diktatoru Vladimir Putinə bu müharibəni davam etdirməyin ona çox baha başa gəldiyini başa düşmək üçün təzyiq edə bilər. Yermak hesab edir ki, Tramp Rusiyadan neft və qaz alan hər kəsə ciddi yeni sanksiyalar tətbiq…

Daha çox

Yevlaxın bir hissəsində qaz kəsilib

Yevlax şəhərinin bir hissəsində – 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb. SİA-nın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik “Qazıməmməd-Qazax II xətt” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Daha çox

Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin iyulun 16-dan qüvvəyə minməsi digər Asiya ölkələrini, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yerləşən dövlətləri oxşar addımlar atmağa təşviq edə bilər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Çindəki nümayəndəliyinin rəhbəri Li Ven CGTN telekanalına bildirib. Onun sözlərinə görə, bu təşəbbüs regional əlaqələrin yeni mərhələyə keçməsinə, həmçinin Asiyada inteqrasiyanın dərinləşməsinə təkan verəcək: “Viza rejiminin aradan qaldırılması təkcə turizm və ticarət deyil, həm də iqtisadi əməkdaşlıq, investisiya axınları, mədəni mübadilə və humanitar sahələrdə münasibətlərin genişlənməsinə töhfə verəcək. Bu, turist axınını ildə…

Daha çox

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. SİA xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib. Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa…

Daha çox

Bakıda EUNIC Azərbaycan klasterinin inkişaf strategiyası təqdim olunub

Bakıdakı Ukrayna Mərkəzində Avropa İttifaqı (Aİ) ölkələrinin Mədəniyyət İnstitutları Birliyinin (EUNIC) Azərbaycan klasterinin 2025-2026-cı il üçün inkişaf strategiyası təqdim edilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib. “Aİ səfirləri, diplomatları və mədəniyyət müəssisələrinin nümayəndələri birgə planları müzakirə edib və onun həyata keçirilməsinə start veriblər. Bu il EUNIC Azərbaycan klasterinə Litva və Ukrayna rəhbərlik edir”, – o yazıb.

Daha çox