İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. SİA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü –…

Daha çox

İnsanın yaxşılığı paylaşması bəzən motivasiyaedici faktor kimi çıxış edir”

“Sosioloji və psixoloji aspektdən yanaşdıqda, yaxşılıq etmək cəmiyyətin sosial toxumasını gücləndirən mühüm dəyərlərdən biridir. Əslində altruizm – qarşılıq gözləmədən edilən yaxşılıq – həm fərdin daxili məmnuniyyət hissini artırır, həm də ictimai həmrəyliyi möhkəmləndirir. Lakin müasir dövrdə sosial media və PR tendensiyaları fonunda bu mövzu ətrafında mübahisələr yaranır: yaxşılıq reklam vasitəsi olmalıdırmı”? Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, psixoloji tərəfdən baxdıqda, insanın etdiyi yaxşılığı paylaşması bəzən motivasiyaedici faktor kimi çıxış edir. Çünki yaxşı nümunələrin yayılması başqalarını da oxşar davranışlara sövq edə bilər. Bu, müsbət sosial təsir…

Daha çox

Xankəndidə iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Xankəndi şəhərində ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə ünvanlanmış vergi və gömrük güzəşt və azadolmaları barədə məlumat verilib. Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı məsələlər onların…

Daha çox

Şübhəli bilinən 43 nəfər saxlanılıb

İyulun 16-da ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqədar 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 1 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda…

Daha çox

“Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir”

“Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir və onun açılması ətrafında gedən müzakirələr təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də qlobal güclərin Cənubi Qafqazdakı maraqlarını ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. Onun sözlərinə görə, bu dəhliz Avropanı Asiya ilə birləşdirən yeni nəqliyyat arteriyası kimi strateji əhəmiyyətə malikdir və bu səbəbdən həm ABŞ, həm də Rusiya burada təsir imkanlarını artırmağa çalışır: “ABŞ-ın mövqeyi əsasən iqtisadi və logistika yönümlüdür. Vaşinqton dəhlizdə Amerika şirkətlərinin fəaliyyətini önə çəkməklə, bölgədə nəqliyyat və enerji marşrutlarına nəzarət etmək, eyni zamanda Rusiyanın…

Daha çox

Yasamal rayonunda vətəndaşlara hüquqi yardım göstərilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib. VK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın Yasamal Rayon Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. “Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi…

Daha çox

Son 25 ilin əməkhaqqı göstəriciləri: Kim daha çox qazanır?

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği yüksək olan fəaliyyət sahəsi mədənçıxarma sənayesi olub. Bu da o deməkdir ki, son 25 il ərzində daim mədənçıxarma sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslər olublar. SİA xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, 2000-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 44,3 manat təşkil edib. Həmin il fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı məbləği 162,9 manat olaraq mədənçıxarma sənayesinə aid olub. İkinci sıranı 126,5…

Daha çox

“Berdiməhəmmədovun səfəri Azərbaycan–Türkmənistan əməkdaşlığında yeni səhifə açır”

“Türkmənistanın keçmiş prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri hesab edirəm ki, iki ölkə arasında yeni münasibətlər səhifəsinin açılmasını şərtləndirəcəkdir. Bildiyimiz kimi, Türkmənistan qapalı bir ölkədir, beynəlxalq təmaslara çox da açıq deyil. Amma Azərbaycanla münasibətlərinin xarakterinin tam fərqli olduğunu görməkdəyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, xüsusilə də son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxışları, onun müdrik diplomatiyası beynəlxalq aləmlə Azərbaycan arasında təmasları daha da sıxlaşdırmış və səmərəli etmişdir. Bunun göstəricilərindən biri də hesab edirəm ki, məhz Azərbaycan–Türkmənistan münasibətləridir: “Bundan…

Daha çox

Almaniyada 17 milyon insan tək yaşayır

Almaniya Federal Statistika İdarəsinin verdiyi açıqlamaya görə, ölkədə hər beş nəfərdən biri tək yaşayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 17 milyon insan tək yaşayır ki, bu da ölkə əhalisinin 20,6 faizinə bərabərdir. Almaniyada tək yaşayanların nisbəti 65 yaşdan yuxarı olanlar arasında 34 faiz, 85 yaşdan yuxarı olanlar arasında isə 56 faiz təşkil edib. Tək yaşayan 25-34 yaş arası insanların nisbəti də yüzdə 28 olaraq təyin olunub. Açıqlamada Almaniyada tək yaşayanların nisbətinin 16,2 faiz olan Avropa Birliyi (Aİ) ölkələrinin orta göstəricisindən yüksək olduğu, yalnız Litva (yüzdə 27), Finlandiya…

Daha çox