Dövlət başçısı və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. SİA-nın məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə…

Daha çox

Böyük Britaniyada səsvermə yaşı 16-ya endiriləcək

Böyük Britaniya hökuməti növbəti ümumi seçkilərdə səsvermə yaşının 18-dən 16-ya endiriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökuməti demokratiyanın modernləşdirilməsinə yönəlmiş dəyişikliklər çərçivəsində ölkədə keçiriləcək bütün seçkilərdə 16 yaşlı gənclərə səsvermə hüququ veriləcəyini açıqlayıb. Bəyanatda qeyd olunub ki, bu, artıq işləməklə, vergi ödəməklə, hərbi xidmətdə olmaqla cəmiyyətə töhfə verən gənclərə onları narahat edən məsələlərdə səsvermə hüququ verəcək. Bəyanatda həmçinin qeyd olunub ki, bu plan dəyişən dünyada demokratik iştirakı artıracaq və Britaniya demokratiyasına inamı bərpa etməyə kömək edəcək.

Daha çox

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Memorandum çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub. “Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq”, – məlumatda deyilir. Anlaşma Memorandumu qurumlar arasında…

Daha çox

Siyasətdə özünü aldatma faciəsi

Bəli, bəzi mövzulara istəməsək belə vaxtaşırı qayıtmaq məcburiyyətində oluruq. Söhbət siyasi münasibətlər müstəvisindən getdiyi zaman isə eyni mövzuya təkrar qayıtmaq məsələsi ümumiyyətlə qaçınılmaz olur, hətta bəzən zərurətə çevrilir. Təəssüflər olsun ki, incəsənət sahəsində zövqsüzlük müşahidə edildiyi kimi, artıq siyasətdə də “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” sanki “mütləq” hala çevrilib. Analoji vəziyyət təzahür etdiyi yerdə isə “yaxşı unudulmuş” siyasi maarifçiliyin rolu son dərəcədə aktuallaşır. Ümumiyyətlə, radikal təfəkkürün törəmələri olan “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” siyasi maarifçilikdən sözün əsl mənasında parazitlər işıq və təmizlikdən qorxduqları qədər çəkinirlər. Çünki maarifçilik qaranlığı aydınlandıran işıq…

Daha çox

AQTA dondurmalarla bağlı aparılan sınağın nəticələrini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb. Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb edilir. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.

Daha çox

Ötən il Qarabağ Dirçəliş Fonduna 80 milyon manatdan çox vəsait ianə olunub

Qarabağ Dirçəliş Fonduna 2024-cü il ərzində ümumilikdə 80 milyon 286 min 899 manat ianə olunub. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Qeyd edilib ki, Fond sərbəst vəsaitin bir qismini qiymətli kağızlara yerləşdirməklə 2024-cü il ərzində 74 milyon 579 min 21 manat maliyyə (investisiya) gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 58% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 18,60%-dən 48,16%-ə qədər yüksəlib. Bununla da, 31 dekabr 2024-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 9,5% və ya 140,7 milyon manat artaraq 1 milyard…

Daha çox

“Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək”

“Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu kontekstdə Türkmənistan Xalq Məclisinin sədri, hörmətli Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb etmişdir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Səfər çərçivəsində aparılan müzakirələr göstərdi ki, Azərbaycan və Türkmənistan xalqları ortaq milli, etnik və dini dəyərlərə malik…

Daha çox

Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Daha çox

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar. SİA xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verib. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif…

Daha çox

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Bu gün Hanoy şəhərində Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, iclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb. Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər – P.Şahbazov və N.H.Dien çıxış ediblər. Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli…

Daha çox