İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. SİA xəbər verir ki, ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər…

Daha çox

Almaniyada doğum nisbətləri azalmaqda davam edir

Almaniyada bir qadının məhsuldarlıq dövründə ola biləcəyi orta uşaq sayına istinad edən “ümumi doğuş nisbəti” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35-ə enib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi 2024-cü il üçün doğum statistikasını açıqlayıb. Müvafiq olaraq, 2024-cü ildə diri doğulanların sayı 2023-cü illə müqayisədə 2 faiz və ya 15 872 nəfər azalaraq 677 117 nəfərə çatıb. Bir qadının reproduktiv yaşlarında (15-49 yaş) sahib ola biləcəyi uşaqların orta sayını təmsil edən “ümumi məhsuldarlıq səviyyəsi” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35 uşağa enmişdir. Ümumi doğuş…

Daha çox

Ölkə başçısı və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar. SİA xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni…

Daha çox

AMB “Qala Sığorta”ya və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə,“Qala Sığorta”da aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətə icrası məcburi sərəncam verilib. Bundan başqa, aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi aşkarlanıb. Nəticədə həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi…

Daha çox

“Ermənistanın mövqeyi qeyri-sabit və tez-tez dəyişkən xarakter daşıyır”

“Zəngəzur dəhlizi ilə bağlı məsələlər son dövrlərdə həm regional, həm də beynəlxalq səviyyədə geniş müzakirə predmetinə çevrilmişdir. Bu dəhlizin gələcəyi təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, eyni zamanda qlobal güc mərkəzləri üçün də ciddi strateji əhəmiyyət daşıyır. Artıq bir neçə böyük dövlət, xüsusilə də Birləşmiş Ştatlar bu məsələ ilə bağlı müxtəlif alternativ təkliflərlə çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib. Elman Nəsirov sözlərinə belə davam edib: “Birləşmiş Ştatların ilk təklifi ondan ibarətdir ki, Zəngəzur dəhlizi 100 il müddətinə icariyə götürülsün və bu zaman logistika, nəqliyyat və təhlükəsizlik…

Daha çox

Rusiya İsrailin Suriyaya hücumlarını pisləyib

Rusiya Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını pisləyib və bunun ölkənin suverenliyini və beynəlxalq hüququ pozduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “İsrailin hücumları Suriyanın suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və qınamağa layiqdir. Suriyada yeni zorakılıq dalğası həyəcanvericidir. Hesab edirik ki, bu problemin həllinin yolu dialoqdan və milli birliyin möhkəmləndirilməsindən keçir. Moskva Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğuna dair ardıcıl mövqeyini bir daha bəyan edir”.

Daha çox

Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 290 minə yaxın şəxs qəbul edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 310 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Onlara 456 881 sayda xidmət göstərilib ki, bunun da 158,8 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 105 mindən çox isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin…

Daha çox

Zəngəzur dəhlizinə nəzarət məsələsində nə Qərb, nə də Rusiya…

“44 günlük Vətən müharibəsində qələbədən sonra regionda fərqli mənzərə yaranıb. Məhz Zəngəzur dəhlizi ətrafında gedən geopolitik proseslər də təkcə bir nəqliyyat layihəsinin həyata keçirilməsi deyil, həm də bölgədə yeni geosiyasi düzənin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bugünkü mənzərəyə diqqət yetirdikdə görürük ki, həm ABŞ, həm də Rusiya bu dəhlizə öz maraqları prizmasından yanaşır və ona nəzarət uğrunda ciddi rəqabət aparırlar”. SİA xəbər verir ki, bunu hafta.az-a açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Qeyd edib ki, bir tərəfdən Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsas…

Daha çox

Ucqar dağ kəndlərində görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu iyulun 16-da Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş öncəsi icra başçısıGəgiran şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dua edib, onlara olan hörmət və ehtiramlarını ifadə edib. Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər…

Daha çox