Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi arasında İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib. Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha çoxDay: July 17, 2025
İkitərəfli münasibətlərə yeni təkan
Liderlərin müzakirəsində Orta Dəhliz və onunn bir seqmenti Transxəzər Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə qızı Oğulcahan Atabayevanın müşayiəti ilə iyulun 16-da Bakıya ikigünlük səfərə gəlib. İki ölkə liderləri arasında danışıqların əsas mövzusu enerji əməkdaşlığının inkişafı, o cümlədən Türkmənistanın infrastrukturunu Azərbaycandan keçən Cənub Qaz Dəhlizi (CQD) ilə birləşdirəcək, İran və Rusiyadan keçən marşrutlardan asılılığı aradan qaldıracaq Transxəzər qaz kəmərinin tikintisi perspektivlərinin müzakirəsi olub. Aşqabadın Xəzərin dibi ilə boru kəmərinin tikintisini maliyyələşdirmək üçün siyasi qərar qəbul edəcəyi gözlənilir. Türkmənistanlı həmkarı ilə görüşən Azərbaycan dövlətinin başçısı…
Daha çoxPakistanda 24 saat ərzində 93 nəfər ölüb
Son 24 saatda Pakistana təsir edən musson yağışlarının səbəb olduğu daşqınlarda 63 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Pəncab əyalətində çərşənbə səhərindən bəri davam edən güclü musson yağışları son 24 saatda ən azı 63 nəfərin ölümünə, 290 nəfərin yaralanmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Olunması İdarəsi bildirib ki, ölənlərin çoxu binaların uçması nəticəsində baş verib. Pəncab əyalətinin baş naziri Məryəm Navaz sosial şəbəkədəki paylaşımında vilayətin bir sıra bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Navaz deyib: “Hökumət qurumları səylə işləyir”. O, vətəndaşları təhlükəsizlik…
Daha çoxBakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib
Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. SİA xəbər verir ki, müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov cari ilin aprel ayının 18-də Pirallahı, 25-də Nəsimi rayon prokurorluqlarının yeni inzibati binalarının, may ayının 8-də Bakı şəhər prokurorluğunun yeni inzibati korpusunun istifadəyə verilməsi barədə məlumat verib. Əməliyyat müşavirəsində Baş prokurorun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı…
Daha çox“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib
Azərbaycanda yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı istifadəyə verilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir. “Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq, onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir. Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur: Şirkətlərin mövcud texnoloji bacarıqlarının və potensialının qiymətləndirilməsi; Texnoloji transformasiyaya dair yol xəritələrinin hazırlanması; …
Daha çoxFransa hərbi kontingentinin Seneqaldan çıxarılmasını başa çatdırıb
Fransa Seneqaldakı son iki hərbi bazanı yerli hakimiyyətə təhvil verərək ölkədən öz hərbi kontingentinin çıxarılmasını tam başa çatdırıb. SİA-nın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bu, Fransanın Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğunun dayandırılmasının son mərhələsi olub. Fransanın və Seneqalın yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən rəsmi mərasimdə Paris ölkədəki ən böyük hərbi baza olan Kemp-Qeyli və Dakar beynəlxalq hava limanında yerləşən hərbi aerodromu geri qaytarıb. Daha əvvəl Seneqal ordusu ilə birgə əməliyyatlar keçirən təxminən 350 fransız hərbçisi Seneqal ərazisini tərk edir. Bu, bu ilin mart ayında başlayan üç aylıq…
Daha çox2 mindən çox cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilib. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib. Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Daha çox“Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər”
“Suriya Prezidenti və nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan qazının Suriyaya və oradan keçməklə İordaniya və Misirə çatdırılması perspektividir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu təşəbbüs həm enerji, həm də geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir və Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ixracında Yaxın Şərq istiqamətində yeni bir marşrutun formalaşması ölkənin enerji bazarını şaxələndirməsi baxımından mühüm…
Daha çoxPrezident və Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxıblar
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. SİA bildirir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Daha çoxYuliya Svırıdenko Ukraynanın yeni baş naziri oldu
Ukrayna parlamenti prezident Vladimir Zelenskinin Yuliya Svırıdenkonun baş nazir təyin edilməsi ilə bağlı qərarını təsdiqləyərək, o, ölkə tarixində ikinci qadın baş nazir olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna parlamenti baş nazir postuna Yuliya Svırıdenkonun namizədliyinin irəli sürülməsinə səs verib. 450 yerlik parlamentdə 262 deputatın “hə” səsindən sonra Svırıdenko ölkənin yeni baş naziri olub. 22 deputat “xeyr”, 26 deputat isə bitərəf qalıb. Svırıdenko Ukraynanın 19-cu baş naziri və ölkə tarixində bu vəzifəni tutan ikinci qadın olub. 39 yaşlı Svırıdenkonun ABŞ-ın yüksək vəzifəli məmurları ilə işləmək təcrübəsi var, o,…
Daha çox