Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin, veteranların, ümumi kateqoriyalı əlillərin və aidiyyəti QHT-lərin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib. SİA xəbər verir ki, Fondun mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov bildirib ki, həyata keçirilən layihənin məqsədi “Konstitusiya və Suverenlik İli”…
Daha çoxDay: July 17, 2025
Beşinci mərtəbənin pəncərəsindən yıxılan uşaq sağ qalmayıb…
Sankt-Peterburqda balaca uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb və onu xilas etmək mümkün olmayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb. Ana, ata və iki övladı bir neçə gündür ki, şəhərə gəliblər. Hadisə baş verən gün ana mağazaya gedib, oğlu isə pəncərənin altlığına çıxıb, ağcaqanad tora söykənib və pəncərədən yıxılıb. Nəticədə zərərçəkmişə katatravma, beyin əzilməsi, qarın travması və digər xəsarətlər diaqnozu qoyulub. Həkimlər ona kömək etsələr də, onu xilas edə bilməyiblər. Hadisə zamanı uşağın atası və bacısının evdə olduğu məlum olsa da, oğlana niyə baxmadıqları açıqlanmır.…
Daha çoxSamir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.…
Daha çoxRoma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada kilsəyə olunan hücumu pisləyib. SİA xəbər verir ki, pontifik hadisə ilə bağlı dərin kədərini ifadə edib, yaralıların sağalması və bütün kilsə icması üçün dua etdiyini bildirib. Papa Leo Qəzzada dərhal atəşkəs çağırışı səsləndirib, bölgədə dialoq, barışıq və davamlı sülhün vacibliyini bir daha vurğulayıb. İtaliyanın Baş naziri Ciorcia Meloni isə dinc əhaliyə qarşı həyata keçirilən hücumların qəbuledilməz olduğunu bildirib. O deyib ki, heç bir hərbi əməliyyat belə münasibətə haqq qazandıra bilməz. Qeyd edək ki, Qəzzada katolik kilsəsinə hücum nəticəsində 2 nəfərin öldüyü, 3-ü…
Daha çox“Milli Dəyərlər Efir Oyuncağı Deyil!”
Azərbaycan xalqı tarixin bütün dövrlərində ailə institutuna, mənəvi dəyərlərə və əxlaqi prinsiplərə önəm verib. Bizim ailə modelimiz nəinki Cənubi Qafqazda, ümumilikdə Şərq dünyasında örnək göstərilib, böyüyə hörmət, kiçiyə qayğı, ailə içi münasibətlərdə məsuliyyət və sevgi əsas sütunlar sayılıb. Lakin təəssüf ki, bu gün bəzi televiziya kanalları reytinq xatirinə həmin sütunların altına od qoymağa başlayıb. Son illər efirdə yayımlanan bəzi verilişlərdə ailə dəyərləri açıq şəkildə istismar olunur. Gündəlik yayımlanan proqramlarda insanların ailə içi dramları, şəxsi faciələri, boşanmaları, xəyanətləri, hətta bəzən kriminal xarakterli hadisələri şouya çevrilir. Tamaşaçı qarşısında “ailə dəyərləri” adı ilə…
Daha çoxVolodindən miqrantlarla bağlı çağırış…
Dövlət Dumasının sədri Vyaçeslav Volodin daxili işlər nazirinin müavini İqor Zubovu miqrantlarla bağlı vəziyyətlə əlaqədar Əmək Nazirliyinə diqqətlə baxmağa çağırıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Müraciətə səbəb rus dili imtahanından keçmədən dövlət kvotasına uyğun işləmək üçün mütəxəssislərin dəvət edilməsi təklif olunan peşələrin siyahısı olub. …İqor Nikolayeviç, ümumiyyətlə, siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daha yaxından baxmaq lazımdır. Diqqətlə baxın, çünki Daxili İşlər Nazirliyi, digərləri ilə yanaşı, bu səlahiyyətlərə malikdir. Onlar belə kateqoriyaları haradan alıblar?. Bunu Volodin deyib. O, bildirdi ki, Əmək və Əhalinin Sosial…
Daha çox"Financial Times": "Çin Avropadan nə istəyir?.."
“Financial Times”: “Çin Avropadan nə istəyir?..”
Daha çoxBakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
İyulun 19-20-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək. SİA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 50-yə yaxın fermer iştirak edəcək. Fermerlər 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə özləri təqdim edəcəklər. Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida…
Daha çoxAİ Gürcüstanla əlaqələrinə yenidən baxır – GÜNDƏM
Aİ Gürcüstanla əlaqələrinə yenidən baxır – GÜNDƏM
Daha çoxİlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar. SİA xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin…
Daha çox