Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi Krallığın bütün ərazisində köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib. SİA xəbər verir ki, bu barədə “Saudi Gazette” məlumat yayıb. Bunlara adi və elektron siqaretlər, qəlyan və oxşar tütün məmulatları daxildir. Nazirlik kiçik köşklərdə tütün məmulatlarının görünməməsi və qapalı yerlərdə saxlanması kimi təsdiq edilmiş standart spesifikasiyaların vacibliyini vurğulayıb. Onları 18 yaşından kiçik və ya Siqaretlə Mübarizə Qanunu ilə müəyyən edilən istənilən müştəriyə satmaq qadağandır. Satıcı alıcıdan onun 18 yaşına çatdığını sübut edən sənəd tələb etmək hüququna malikdir. Bildirilib ki, dəyişikliklər əhalinin…
Daha çoxDay: July 17, 2025
Zelenski yeni hökumətin tərkibini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski “Xalqın xidmətçisi” partiyasından olan deputatlarla görüşündə yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını açıqlayıb. SİA bu barədə “RBC-Ukrayna”ya istinadən xəbər verir. Mənbənin sözlərinə görə, Zelenski namizədlər siyahısını oxuyub: Yuliya Sviridenko – Baş nazir Denis Şmıqal – Müdafiə Nazirliyi və Strateji Sənaye Nazirliyi Mixaylo Fedorov – Baş nazirin birinci müavini Taras Kaçka – Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Oleksiy Sobolev – İqtisadiyyat Nazirliyi, Aqrar Siyasət Nazirliyi və Ekologiya Nazirliyi German Qaluşenko – ədliyyə naziri Svetlana Qrinçuk – energetika naziri Denis Ulyutin – sosial siyasət naziri…
Daha çoxBritaniya “Pakistan Hava Yolları”na qoyduğu qadağanı beş ildən sonra ləğv edib
Böyük Britaniya “Pakistan Hava Yolları”na hava məkanından istifadə etməyə qoyduğu qadağanı ləğv edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu qərarla Pakistanın milli aviadaşıyıcısı olan “Pakistan International Airlines” (PIA) beş ildən sonra yenidən Böyük Britaniyaya uçuşlar həyata keçirə biləcək. Qadağa 2020-ci ildə Pakistanın aviasiya naziri ölkədəki pilotların təxminən üçdə birinin lisenziya imtahanlarında saxtakarlıq etdiyini etiraf etdikdən sonra tətbiq edilmişdi. Həmin ilin mayında Karaçidə baş verən və 97 nəfərin ölümünə səbəb olan təyyarə qəzası da pilot və dispetçer səhvi ilə əlaqələndirilmişdi. Böyük Britaniyanın İslamabaddakı səfirliyi bildirib ki, bu qərar Pakistanın aviasiya…
Daha çoxPopulyar enerji içkiləri qan xərçənginin inkişafına səbəb ola bilər
Taurin orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir: hüceyrələrdə elektrolit balansını qoruyur, sinir impulslarının ötürülməsinə kömək edərək beynin normal işləməsini təmin edir, qan dövranını yaxşılaşdırır və miokardı möhkəmləndirir. Yaponiyanın Mukoqava Universitetinin alimlərinin araşdırmalarına görə, bu amin turşusu ürəyin işemik xəstəliklərində sağlamlığın yaxşılaşmasına da kömək edir. Sağlam insanlar taurini əsasən qida vasitəsilə qəbul edirlər, amma qida rasionunda kifayət qədər B6 vitamini varsa, orqanizm onu metionin və sistein amin turşularından da sintez edə bilir. SİA xəbər verir ki, ABŞ-ın Roçester Universitetindən olan alimlər gözlənilməz nəticə əldə ediblər, belə ki, taurin leykozun (qan xərçəngi) inkişafına…
Daha çoxHusilər İsrail paytaxtına zərbə endirdi
Yəmən üsyançıları husilər növbəti dəfə İsrailə raket zərbələri endirib. SİA xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya deyib. O bildirib ki, hücumlarda paytaxt Tel-Əvivdəki Ben-Qurion aeroportu da hədəf alınıb. Sariya hava limanının “Zülfüqar” raketi ilə vurulduğunu bildirib.
Daha çoxSuriya qoşunları bu şəhəri tərk edir
Suriya keçid hökumətinin Müdafiə Nazirliyinin xüsusi təyinatlıları Süveydə şəhərindən çıxmağa başlayıb. SİA xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb. “Əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq qoşunlar Süveydəni tərk edir və polis qüvvələri şəhər üzərində nəzarəti həyata keçirəcək. İsrailin hücumları səbəbindən qoşunların çıxarılması əməliyyatının başa çatması ləngiyir”, – deyə bildirilib. Qeyd edək ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-lar Dəməşq-Süveydə magistral yolu ilə hərəkət edən təhlükəsizlik qüvvələrinin kolonlarına zərbələr endirib.
Daha çoxAlyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
ABŞ-də Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Sand Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb. ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edib. Milli Meteoroloji Xidmətin məlumatına görə, xəbərdarlığın qüvvədə olduğu zonalarda yaşayan sakinlərdən daxili ərazilərə və ya daha yüksək yerə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.
Daha çoxSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxBritaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb
Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası partiya intizamını dəfələrlə pozduqlarına görə dörd deputatın partiya üzvlüyünü dayandırıb. SİA BBC-yə istinadla xəbər verir ki, Neil Dunkan Cordan, Brayan Leyşman, Kris Hinçliff və Reyçel Maskell artıq partiyanın tərkibində olmayacaqlar və Parlamentin İcmalar Palatasında müstəqil deputat kimi çıxış edəcəklər. Bundan əlavə, daha üç deputat isə ticarət elçisi vəzifələrindən uzaqlaşdırılıblar. Qərar bu ayın əvvəlində hökumətin sosial təminat islahatları qanun layihəsinə qarşı səs verən bu deputatlara cavab olaraq verilib. Ümumilikdə Leyboristlər Partiyasının 47 deputatı hökumətin sosial təminat xərclərində ixtisar planlarına qarşı çıxaraq…
Daha çoxABŞ Rusiyaya xəbərdarlıq etdi
ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil”. SİA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. Jurnalist ABŞ-nin Rusiya tərəfindən diplomatik nizamlanmada maraqlı olduğuna dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus deyib ki, Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Rusiya lideri Vladimir Putinin gördüyü işlərdən məmnun olub-olmaması ilə bağlı ən dolğun mənzərəni verir. Onun sözlərinə görə, Trampın hərəkətləri və Ukraynaya əlavə müdafiə silahları vermək qərarı bunun göstəricisidir: “Daha əvvəl dediyim kimi, o,…
Daha çox