İraqda ticarət mərkəzində yanğın olub

İraqda ticarət mərkəzində baş verən yanğında azı 60 nəfərin öldüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ticarət mərkəzində ən azı 60 nəfər həlak olub. Əraziyə çoxlu sayda polis və tibbi briqada göndərilib. Vasit qubernatoru Məhəmməd əl-Miyahi yanğında yaralananların xəstəxanalara çatdırıldığını açıqlayıb.

Daha çox

Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 281 min 691,7 ton həcmində neft məhsulları ixrac edib. SİA-nın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 140 milyon 756,9 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neft məhsullarının həcmi 9,3 % , dəyəri isə 34,2% azalıb. Yanvar-iyun aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,1 % olub. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ…

Daha çox

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,3 % azalaraq 72,36 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,01 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,75 ABŞ dolları və ya 2,4 % azalaraq 71,11 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,3% dolları azalaraq 3 349,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,4% artaraq 38,27 ABŞ dolları olub.

Daha çox

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi auditor seçib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) mühasibatlığının və kadr işlərinin audit yoxlaması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi “Azəruçot” MMC-dir. Qalib şirkətə 1 690 manat ödəniləcək. BMTM ölkə prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 4,871 milyon manatdır. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən…

Daha çox

Temperatur bu gün də 40 dərəcə olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°…

Daha çox

Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard sərmayə qoyacaq

Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə yatırmağı planlaşdırır. SİA xəbər verir ki, bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Əl Xəlifə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə deyib. Bəhreynin vəliəhdi Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib. “ABŞ-a gələcək 17 milyard dollarlıq sövdələşmələri elan etməkdən məmnunuq. Bu, real puldur, uydurma müqavilələr deyil”, – deyən vəliəhd bildirib.

Daha çox

Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. SİA xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə – 176 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.…

Daha çox

Vulkan püskürdü, nəhəng yarğan əmələ gəldi

İslandiyanın paytaxtı Reykyavik yaxınlığında Sundhnukur vulkanı püskürüb. SİA xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilir ki, İslandiyanın cənub-qərbində bu təbiət hadisəsi nəticəsində 700-1000 metr uzunluğunda yarğan yaranıb. Lava əsasən cənub-şərq istiqamətində axır və infrastruktur obyektləri üçün təhlükəli deyil. Hadisə səbəbilə məşhur lüks geotermal kurort olan “Mavi laqun” və yaxınlıqdakı balıqçılıq şəhərciyi Qrindavikdən insanlar təxliyə edilib. Qeyd edək ki, belə yarğan tipli püskürmələrdə lava mərkəzi kraterdən deyil, yer qabığında yaranan uzun yarğanlardan axaraq çıxır.

Daha çox