DYP nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən SİA-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, isti nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır: “Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan…

Daha çox

Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.

Daha çox

Analitik Ekspertiza Mərkəzi auditor seçib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Financial Reporting Center” MMC-dir. Qalib şirkətə 3 469 manat ödəniləcək. Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azfinance And Consulting” MMC olub, şirkətə 4 000 manat ödənilib.

Daha çox

“Proses fasiləsiz şəkildə davam etdirilməlidir”

“İşğaldan azad olunmuş bölgələrimizə keçmiş məcburi köçkünlərin yerləşdirilməsi fasiləsiz və sistemli şəkildə davam edir. Bu prosesin fasiləsiz və davamlı şəkildə getməsi onun uğurlarından xəbər verir, eyni zamanda prosesin düzgün qurulduğunu göstərir. Artıq məlumatlara görə, bütövlükdə azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgəsinə 50 mindən artıq sakin yerləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, bunların böyük bir hissəsi keçmiş məcburi köçkünlərdir, işləyənlərdir, tələbələrdir və s. Amma bu ərazilərin sürətlə məskunlaşması davam edir. Yaxın bir neçə ildə keçmiş məcburi köçkünlərin böyük bir hissəsi, yəqin ki, bu…

Daha çox

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb. Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Daha çox

“Gənclərin sahibkarlığa marağı ehtiyac, ideya ilə müəyyən olunur”

“Gənclərin sahibkarlığa marağı müasir iqtisadi inkişafın ən vacib mövzularından biridir. Bu marağın arxasında duran motivasiyanı araşdırarkən iki əsas amil ön plana çıxır: ehtiyac və ideya. Lakin bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa yanaşmasını müəyyənləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, ehtiyac, əsaslı sahibkarlıq daha çox sosial-iqtisadi problemlərin mövcud olduğu mühitdə formalaşır. İşsizlik səviyyəsinin yüksək olduğu, sabit və yaxşı ödənişli iş imkanlarının məhdud qaldığı şəraitdə gənclər üçün sahibkarlıq alternativ gəlir mənbəyi kimi çıxış edir: “Bu halda biznes qurmaq ideyadan çox, məcburiyyətdən qaynaqlanır və…

Daha çox

Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.

Daha çox

Dünyanın ən böyük Mars qayası 5,3 milyon dollara satılıb

Ən böyük məlum Mars meteoriti Nyu-Yorkdakı Sotheby’s hərracında anonim bir alıcıya 5,3 milyon dollara satılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “NWA 16788” adlı meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars qayasıdır. Çəkisi 24,5 kiloqram (60 funt) olan meteorit, adətən bir neçə qram və ya santimetr ölçüdə olan fraqmentlərdən ibarət olan Mars meteoritlərinin ölçüsünü xeyli üstələyir. Sotheby’s-ə görə, bu nümunə bu günə qədər tapılan növbəti ən böyük Mars qayasından 70 faiz böyükdür. 2023-cü ilin noyabrında Nigerin ucqar Aqadez bölgəsində kəşf edilən meteorit kosmosda uzun səyahəti və atmosferdən…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,53% – 44,254.78 bəndədək, S&P 500 indeksi 0,32% – 6,263.7 bəndədək, Nasdaq indeksi isə 0,25% – 20,730.49 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 16-da FTSE 100 indeksi 0,13% – 8,926.55 bəndədək, Almaniyanın DAX indeksi 0,21% – 24,009.38 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,57% – 7,722.09 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,17% azalaraq 1.1621 dollar təşkil edib.

Daha çox