Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək niyyətinə dair məlumatlardan xəbərsiz olduğunu bəyan edib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç bir şərh verə bilmərik”, – deyə Ərdoğanın administrasiyasından agentliyə bildiriblər.