Rusiyada dövlət tərəfindən avtomobil alışı azalıb…


…2025-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, Rusiyada yerli istehsal edilmiş minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin dövlət alışının həcmi 20,7 milyard rubl təşkil edib, bu, 2024-cü ilin yekunları ilə müqayisədə 15 faiz azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” qəzeti Tender planına istinadən xəbər verir.

Dövlət satınalmalarının həcminə görə ilk 3 avtomobil:

GAZ – 10,3 milyard rubla avtomobil aldı,

Lada- 4,3 milyard rubl,

UAZ – 2,3 milyard rubl.

“Haval” (1,8 milyard rubl) və “Moskviç” (714,2 milyon rubl) avtomobillərinin dövlət alışlarının həcmi də böyük olub.

İlk dəfə olaraq, “Aurus” açıq məlumatlarda görünür – qiyməti 54,2 milyon rubl olan avtomobil Rusiya hökumətinin Xabarovsk ərazisi nümayəndəliyi tərəfindən alınıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər