Qazaxıstan Rusiyanın xidmətlərindən imtina etmək qərarına gəlib…





İES-i ölkə özü tikəcək…



…Qazaxıstan ölkənin üç şəhərində kombinə edilmiş istilik və elektrik stansiyalarının (İES) tikintisi layihəsini müstəqil şəkildə həyata keçirməyə başlayıb.

SİA-nın məlumatına görə, bunu ölkənin baş naziri Oljas Bektenov bildirib.

Hökumət başçısı xatırladıb ki, Astana ilkin olaraq 2,7 milyard dollar dəyərində qiymətləndirilən obyektlərin tikintisi üzrə Rusiya ilə razılığa gəlib.

Bunu “The Moscow Times” yazır.

…Rusiya tərəfdən zəmanətli, aşağı qiymətli maliyyələşdirmə ilə bağlı hələ dəqiq məlumat almamışıq, ona görə də Kokşetauda biz artıq heç kimə müraciət etmədən öz gücümüzlə tikintiyə başlamışıq.

Bunu Bektenov hökumətdəki mətbuat konfransında bildirib. Digər iki İES-ə gəlincə – hər birinin gücü 360 MVt olan Semey və Ust-Kamenoqorskda (Kokşetauda – 240 MVt) – Qazaxıstan hələ də Rusiya tərəfdən cavab gözləyir, deyə baş nazir qeyd edib.

…Yaxın vaxtlarda heç bir reaksiya olmasa, biz bu layihələrin müstəqil şəkildə həyata keçirilməsi variantlarını da nəzərdən keçirəcəyik.

Bunu eyən qazax nazir qeyd edib ki, hakimiyyətin uzun müddət gözləməyə gücü çatmır, çünki “həm istilik, həm də elektrik enerjisi lazımdır”.

Qeyd edək ki, Qazaxıstanda istilik elektrik stansiyasının tikintisinə dair saziş 2023-cü ilin noyabrında prezident Vladimir Putinin ölkəyə səfəri zamanı bağlanıb.

Bununla bağlı iki ölkənin Energetika nazirlikləri arasında memorandum imzalanıb. 2024-cü ildə Moskva və Astana arasında obyektlərin tikintisinə dair hökumətlərarası saziş imzalanıb. Baş podratçı qismində “İnter RAO” çıxış etməli idi və əsas iş növləri podratçı təşkilatlara həvalə edilmişdir. Müqaviləyə əsasən, 2,7 milyard dollar dəyərində qiymətləndirilən layihənin maliyyələşdirilməsi Rusiya bankları tərəfindən təmin ediləcək.

Onlar 15 il müddətinə kredit verməli idilər. Mayın sonunda Qazaxıstanın baş nazirinin müavini Roman Sklyar layihənin maliyyələşdirilməsində çətinliklər barədə məlumat verib. …Avadanlıqların faiz dərəcəsinin subsidiyalaşdırılması ilə bağlı problem var, ona görə də biz indi danışıqları davam etdiririk ki, bu məsələ nə vaxt həll olunsun. Təbii ki, Rusiya vəsait ayırmasa, investor dəyişə bilər.

Ötən həftə Qazaxıstanın energetika nazirinin müavini Baxıtjan İlyasov bildirib ki, investorların axtarışı hələ də davam edir. Onun sözlərinə görə, Astana bu məqsədlə Çin və Koreyadan enerji şirkətlərini cəlb edə bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər