Polşa əsgəri Belarus sərhəddində miqrantlara qarşı silah işlədib





Əfqan özünü aqressiv apararaq hərbçiyə hücum edib.



Silahdan istifadə ilə bağlı insident Polşa-Belarus sərhəddində, Miçalovo (Podlaskie Voyevodalığı) kəndi yaxınlığında baş verib: Polşa əsgəri Əfqanıstandan olan miqrantı rezin güllələrlə atəşə tutub. İndi prokurorluq onun səlahiyyətlərini aşdığını yoxlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RMF24 yazır.

Hadisə iyulun 10-da baş verib. Üç miqrant Belarusdan çayı keçərək sərhədi keçməyə cəhd edib. Onlardan ikisi patrulu görəndə geri çəkilib, üçüncüsü isə yoluna davam edib. Hərbçilərin sözlərinə görə, əfqan özünü aqressiv aparıb və əsgərə hücum edib.

Əsgər buna cavab olaraq rezin güllələr olan hamar lüləli silahdan istifadə edib və miqrantı qundağı ilə vurub.

Hücum edən şəxs kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib və daha sonra əcnəbilər üçün mərkəzə köçürülüb.

Bu arada, prokurorluq Polşa Cinayət Məcəlləsinin 231-ci (Vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə istintaqa başlayıb.

Eyni zamanda, hərbi jandarm əsgərə hücumla bağlı ayrıca iş aparır. Xəsarət alan hərbçi hazırda səhhəti ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirə bilmir – onun gözündə ağır hematoma var və bu, görmə qabiliyyətinə mane olur.

Ordu sözçüsü bildirib ki, əsgər “özünü qorumaq üçün bütün mümkün tədbirləri görüb”.

Vəziyyəti baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış da şərh edib.

O, hərbçilərə dəstəyini ifadə edərək, onların sərhədi aqressiv və təhlükəli qanunsuz giriş cəhdlərindən qorumaq üçün hər gün həyatlarını riskə atdıqlarını vurğulayıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər