Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, sənəd Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur. Qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə…
Daha çoxDay: July 14, 2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə,…
Daha çoxBorcluya həbsdə olan əmlakı satmaq üçün 2 ay vaxt veriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur. Belə ki, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra informasiya sistemi vasitəsilə…
Daha çoxŞabranda şəhid ailələrinin və qazilərin iştirakı ilə tədbir keçirilib
“Resurs” Analitik İnformasiya Mərkəzi İB “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsini davam etdirir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində növbəti dəyirmi masa Şabran şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, eləcə də Şəhid Seyfəddin Babayevin anası Besxanım Balağayeva, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şabran rayon icra hakimiyyətinin əməkdaşı Arif Nəbiyev, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi…
Daha çoxKassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq. SİA ADY-yə istinadən xəbər verir ki, bu addım kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə atılır. ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib, məlumatda…
Daha çoxParlament torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsasları təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. SİA xəbər verir ki, sənədlə Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. Qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanlb. Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq…
Daha çoxİndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Maluku əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti episentri Maluku əyalətinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə olan zəlzələnin təxminən 65,7 kilometr dərinlikdə qeydə alındığını bildirib. Zəlzələdə insan və mal itkisi qeydə alınmayıb.
Daha çox“Gənclər gələcəyini xaricdə görməyə başlayır”
“Son illər Azərbaycan gəncləri arasında xaricə köçmək tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bu prosesi yalnız “vətənə bağlılıq yoxdur” kimi səthi yanaşmalarla izah etmək doğru olmaz. Məsələyə daha geniş, sosioloji və psixoloji prizmadan baxmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, gənclərin xaricə üz tutmasının əsas səbəbləri arasında daha yaxşı təhsil, sabit və şəffaf iş imkanları, azad həyat tərzi, hüquq və sosial ədalətə daha yüksək inam kimi faktorlar dayanır: “Bu, əslində qloballaşan dünyada təbii bir meyildir. Gənclər daha çox bilik və təcrübə əldə etmək, öz potensiallarını…
Daha çoxKirayə qalmaq seçim, yoxsa zərurətdir?
“Hazırda Bakı şəhərində kirayə mənzildə yaşayanların böyük əksəriyyəti bu şəraitdə yaşamağa zərurətdən məcbur qalıblar. Bunun əsas səbəblərindən biri regionlarda məşğulluq imkanlarının məhdud olması və gəlir əldə etmə şərtlərinin zəifliyidir. Bu şəraitdə insanlar daha çox qazanc ümidi ilə Bakı şəhərinə üz tuturlar. Lakin paytaxta köç edən ailələrin əksəriyyətinin burada daşınmaz əmlak almaq imkanları məhduddur. Belə ki, onların ilkin mənzil və ya mülk sahibi olmaq üçün kifayət qədər maliyyə resursları yoxdur. Bu səbəbdən kirayədə yaşamaq onlar üçün yeganə çıxış yoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib. …
Daha çox“Atəşkəsin pozulması Yaxın Şərqdə yeni müharibəyə yol aça bilər”
“İran və İsrail arasında gərgin münasibətlər son illərdə regional və qlobal təhlükəsizlik üçün əsas risk mənbələrindən birinə çevrilib. Atəşkəsin mövcudluğu hər nə qədər müsbət addım kimi qiymətləndirilsə də bu vəziyyət olduqca kövrəkdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, hər iki tərəf arasında olan qarşılıqlı güvənsizlik, ideoloji ziddiyyətlər və geopolitik maraqlar atəşkəsi daimi sabitliyə çevirməyə imkan vermir: “İranın bölgədəki təsir dairəsini genişləndirməsi, xüsusilə “Hizbullah” və digər müttəfiq qruplar vasitəsilə İsrailin sərhədlərinə yaxın mövqelərdə hərbi iştirakını gücləndirməsi, İsrail üçün qırmızı xətt hesab olunur. Digər tərəfdən, İsrailin…
Daha çox