Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir. Bu baradə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib.

Daha çox

Fransanın yeni müstəqillik oyunu

Paris Yeni Kaledoniyaya separatizmlə mübarizə aparmaq üçün maksimum muxtariyyət veriləcək Parisin ətrafı Buqevalda on gün davam edən danışıqlardan sonra gələn ilin əvvəlində “Yeni Kaledoniya Dövləti”nin yaradılmasını nəzərdə tutan razılaşma əldə edilib. Möhtəşəm adına baxmayaraq, söhbət yalnız Fransanın bu dənizaşırı ərazisinin muxtariyyətinin genişləndirilməsindən gedir, onun tam müstəqilliyindən deyil. Razılaşma 2024-cü ildə Yeni Kaledoniyada bir neçə insanın ölümünə səbəb olan aylarla davam edən etirazların nəticəsi idi. Yerli əhali, Kanaklar, materik Fransadan gələnlərə yerli seçkilərdə səs vermək hüququ verən qanunun qəbul edilməsinə qarşı üsyan qaldırıblar. Danışıqları Yeni Kaledoniyada hökumət və əsas siyasi qüvvələrin…

Daha çox

MM gömrük borcunun ödənilməsi üzrə məsul subyektlərin dəqiqləşdirilməsini III oxunuşda qəbul edib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliklə Azərbaycanda gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə görə, gömrük ödənişlərini etmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunu istənilən…

Daha çox

Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. İyulun 14-də səhər saatlarında Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı doğma yurda çatıb. SİA xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə ilk mərhələdə 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı…

Daha çox

Parlament qanunvericilikdə “ərazi müdafiəsi” anlayışının təkmilləşdirilməsini qəbul edib

Milli Məclis “Müdafiə haqqında” qanunda təsbit olunan “ərazi müdafiəsi” anlayışının təkmilləşdirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Sənədə əsasən, “ərazi müdafiəsi” dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur. Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi…

Daha çox

Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanundadəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq. Eyni zamanda layihədə “Büdcə sistemi haqqında” qanunda…

Daha çox

Şəxsiyyət vəsiqələri dəyişir – Qanun qəbul olundu

Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib. Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı…

Daha çox

Xüsusi icra məmurları haqqında yeni QANUN

Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini sonuncu oxunuşda qəbul edib. SİA xəbər verir ki, yeni layihə parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, layihəsi 6 fəsil, 38 maddədən ibarətdir. Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək. Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra…

Daha çox

Parlament şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsini təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti…

Daha çox

Xətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb

Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar. Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar. Araşdırmalar davam etdirilir.

Daha çox