Yeni tarif dalğası

Dünya mediası Donald Trampın yeni tarif təhdidləri haqqında ABŞ prezidentinin həmkarlarına məktublar göndərərək yeni tarifləri elan etməsi dünya mediasında ən çox müzakirə olunan mövzu olaraq qalır. Bəzi ekspertlər Donald Trampın təşəbbüslərinə sakit yanaşır, kompromis əldə etmək üçün vaxtın olduğunu xatırladırlar. Digərləri bunu Ağ Ev rəhbərinin danışıqlardan yorulduğunu və hədələrini yerinə yetirməyə hazır olduğuna dair siqnal kimi qiymətləndirirlər. Birləşmiş Ştatların iki ən yaxın müttəfiqi və ticarət tərəfdaşı üçün yeni tariflərin tətbiqi perspektivi, Trampın bir sıra ölkələri tariflərlə hədələdiyi və misə 50 faizlik tarifin qaçılmaz olduğunu dediyi bir təlatümlü həftəni əhatə etdi……

Daha çox

“Texnologiya tamamilə mənfi faktor deyil”

“Müasir dövrdə texnologiyanın sürətli inkişafı uşaqların gündəlik həyatına ciddi şəkildə nüfuz edib. Planşet və smartfon kimi cihazlar artıq bir çox ailədə uşaqları sakitləşdirmək, əyləndirmək və hətta öyrətmək vasitəsi kimi istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bu texnoloji alətlərdən uzunmüddətli və nəzarətsiz istifadə uşaqların yaradıcılıq qabiliyyəti və sosial ünsiyyət bacarıqları üzərində ciddi təsirlər yarada bilər: “Əvvəla, planşet və telefon vasitəsilə uşaqlar əsasən hazır məzmunlarla qarşılaşırlar – yəni animasiyalar, oyunlar və videolar onların yaradıcı düşünməsini deyil, passiv şəkildə qəbul etməsini təşviq edir. Bu isə uşağın…

Daha çox

AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “İpək Yolu Sığorta” və “PAŞA Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Daha çox

Yeni taarif Avropanı silkələdi

NATO-nun baş katibi ABŞ-a uçdu NATO-nun baş katibi Donald Trampı Vaşinqtonda ziyarət edib. Görüş iyulun 14-də keçirilib. NATO-nun mətbuat xidməti xəbər verir ki, NATO-nun baş katibi Mark Ruttenin gələn həftənin əvvəlində ABŞ-a səfər edəcəyi əvvəlcədən planlaşdırılmamışdı. Amma vəziyyət elə gətirdi ki, Baş katib Ağ evə tələcməli oldu. Ruttenin ABŞ prezidenti Donald Trampdan başqa, dövlət katibi Marko Rubio, ABŞ-ın müdafiə naziri Pit Heqset və Konqres üzvləri ilə görüşləri gözlənilir. Xatırladaq ki, Rutte bu yaxınlarda bəyan etmişdi ki, Rusiya görünməmiş sürətlə yeni müharibəyə hazırlaşır və Avropanı ələ keçirmək cəhdi əsas məqsədə –…

Daha çox

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti quşçuluq fabrikinə qarşı tədbir görüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Elat Kəndli-Fermer Təsərrüfatı” MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Məlumata görə, Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı akt…

Daha çox

Azərbaycan-Vytenam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək

İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. SİA xəbər verir ki, komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub. Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir. Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes…

Daha çox

Ümummilli liderin başladığı tarixi missiyasını Prezident İlham Əliyev davam etdirir

Ümummilli liderin başladığı tarixi missiyasını Prezident İlham Əliyev davam etdirir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının növbəti ildönümü ilə bağlı danışarkən deyib. O qeyd edib ki, Azərbaycan dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib. “Prezident İlham Əliyevin siyasəti indiyə qədər olduğu kimi qarşıdakı dövrlərdə də Azərbaycan dövlətinə və xalqına uğurlar gətirəcək” – deyə, spiker əlavə edib.

Daha çox

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

Daha çox

Sumqayıtda ”Unudulmaqda olan adət-ənənələr” adlı layihənin növbəti tədbiri keçirilib

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının akt zalında Azərbaycan Respublikası QHT-lərə dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən ”Unudulmaqda olan adət-ənənələr” adlı layihənin növbəti tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Sumqayıt şəhərinin zyalıları, mədəniyyət işçiləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ”Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamın ruhuna uyğun, həmçinin Azərbaycan…

Daha çox