1007 əcnəbi cərimələnib, ölkəyə girişləri məhdudlaşdırılıb

Bu ilin birinci yarısında miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin əcnəbilərin ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Bu dövr ərzində 11 halda ölkəyə tənzimlənməyən miqrasiyanın təşkili halları aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisindən istifadə etməklə üçüncü ölkələrə göndərilməsinin təşkili, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti…

Daha çox

Azərbaycanda “İstilik enerjisindən istifadə qaydaları” hazırlanacaq

Prezident İlham Əliyevin bu gün imzaladığı “İstilik təchizatı haqqında” qanunun tətbiqi barədə fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində “İstilik enerjisindən istifadə qaydaları”nı hazırlayıb dövlət başçısına məlumat verməlidir. SİA xəbər verir ki, hökumət həmçinin çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallarını və şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən etməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. Energetika Nazirliyi isə 9 ay müddətində istilik qurğularının quraşdırılması qaydalarını, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını, istilik qurğularının…

Daha çox

Putinin Ermənistan planı – Paşinyanın qarşısına Karapetyanı çıxarır

Mətləb Salahov: “Samvel Karapetyan həbsxanadan partiya yaratdığını elan edir, amma Sarkisyanın və Köçəryanın üzünə “qapıları” bağlayıb” “Hazırda Ermənistanda seçki ərəfəsi gərginlik yaşanır. Keşişlərin hörmətdən salınıb ictimai proseslərdən kənarlaşdırılması, habelə erməni əsilli Rusiya vətəndaşı olan milyarder, “Putinin oliqarxı” kimi ad çıxarmış Samvel Karapetyanın həbs edilib əmlakına əl qoyulması açıq şəkildə erməni hakimiyyətinin rəqiblərinin “başını erkən əzmək” işində qəti qərarlı olduğunu göstərir”. Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O xüsusilə qeyd edib ki, hazırda erməni baş nazir Qərbdəki aparıcı qüvvələrin də dəstəyini almaqla seçkilərə qədər ona qarşı duran qüvvələri tamamilə…

Daha çox

14 iyul 1969-cu il – intibah və inkişafın başlanğıcı

Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Dahi şəxsiyyət 56 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə…

Daha çox

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 31-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 13 daşınar və 5 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11avadanlıq, 4 torpaq sahəsi, 2 nəqliyyat vasitəsi və 1 əmlak komplesidir. Əmlakların start qiyməti 1 600 – 280 minmanatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyulun 25-nə qədər qəbul olunacaq.

Daha çox

Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Bugünkü reallıqları bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu baxımdan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Reallıq budur ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Əsəd rejiminin avtoritar və qapalı xarici siyasəti…

Daha çox

Zülmətə bürünən küçə – İşıqları niyə yandırılmır?

Bakı şəhərinin bəzi ərazilərində gecə saatlarında küçə işıqlarının işləməməsi və ya ümumiyyətlə olmaması müşahidə olunur. Bu problem xüsusilə paytaxtın mərkəzdən kənar qəsəbə və mikrorayonlarında – Biləcəri, Binə, Hövsan, Xətai, Sabunçu, Ramana və ya Keşlə kimi ərazilərdə daha çox nəzərə çarpır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Səbəblər nədir? Köhnəlmiş infrastruktur: İllər əvvəl quraşdırılmış işıqlandırma sistemlərinin texniki cəhətdən köhnəlməsi və yenilənməməsi. Texniki nasazlıqlar: Elektrik naqillərində, transformatorlarda və ya işıq dirəklərində yaranan nasazlıqların vaxtında aradan qaldırılmaması. Bələdiyyə və kommunal xidmətlərin yetərsiz fəaliyyəti: Məsul qurumların bəzi hallarda məsuliyyətsiz davranması və problemlərə gec müdaxilə…

Daha çox

Sosial xidmətlərdə keyfiyyətcə yeni mərhələ: “DOST” mərkəzləri

Prezident İlham Əliyev: “İnnovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir” Azərbaycanda uğurlu sosial siyasət insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində “ASAN xidmət”dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub. Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək,…

Daha çox

Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb

Doğma yurda yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. SİA-nın verdiyi xəbərə görə, Xanyurdu kəndinə İlk mərhələdə 122 nəfərdən ibarət 33 ailə köçürülüb. Sakinləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri qarşılayıblar. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələr üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə…

Daha çox

Bir teatrın Makronu

Fransa prezidenti Qrenlandiyanı və dünya okeanlarını “xilas” edir Fransa prezidenti Emmanuel Makron dərin dənizin inkişafı və Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin əleyhinə çıxış edib və Şimali Atlantika və Arktikanın təhlükəsizlik məsələlərinin həllində Parisin rolunu artıracağını vəd edib. Fransa liderinin gurultulu bəyanatları iyunun 9-dan 13-dək Fransanın sədrliyi ilə Nitsa şəhərində keçirilən və 50-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi BMT-nin okeanlar üzrə üçüncü beynəlxalq konfransında səsləndirilib. Okean sammiti başa çatdıqdan sonra prezident Makron prezident Trampın iddialarına qarşı mübarizədə onu dəstəkləmək üçün iyunun 15-də Qrenlandiyaya səfər edən ilk xarici lider olacaq. BMT-nin Baş…

Daha çox