2025-ci ilin 1-ci yarımili ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı ümumilikdə 9714 qərar qəbul edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Qeyd edilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4246 nəfəri DMX tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat…
Daha çoxDay: July 14, 2025
"Rusiya İmperiyası mövcudluğunu dayandırmalıdır…"
“Rusiya İmperiyası mövcudluğunu dayandırmalıdır…”
Daha çoxAlmaniya məcburi hərbi xidmətə keçir
2024-cü ilin yazında Almaniya Müdafiə Nazirliyi hərbi xidmətin könüllü olduğu Skandinaviya modeli adlanan modeli nümunə götürərək Soyuq Müharibədən bəri Bundesverdə ən köklü islahat hazırladığını açıqlamışdı. Almaniya məcburi hərbi çağırışı geri qaytarmalıdır. Bunu bazar günü, iyulun 13-də ölkə prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropada təhlükəsizlik arxitekturası məhv edilib və bunun fonunda Avropa ölkələri, xüsusən də Almaniya özlərini fərqli və daha yaxşı qorumalıdır. “Rusiyanın başladığı müharibəyə görə, bundan çıxardığımız nəticələrə görə, özümüzü daha yaxşı qorumaq üçün Bundesverdə kadrlar olmalıdır”, – Ştaynmayer bildirib.…
Daha çoxTrampın Ukrayna ilə bağlı açıqlaması Almaniyada çaşqınlıq yaradıb…
Almaniyanın xarici siyasət üzrə eksperti Sevim Dağdelen ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımla bağlı sözlərindən sonra X sosial şəbəkəsində (keçmiş Twitter) Almaniya hökumətini tənqid edib. …ABŞ hücum silahları tədarük edir. Avropa və ilk növbədə, Almaniya vergi ödəyiciləri qanun layihəsini ödəməlidirlər. Yenə də Almaniya hökuməti Trampın tələbini yerinə yetirir. SİA-nın məlumatına görə, o, öz fikirlərini bölüşüb. Nəşrin müəllifi hökumətin bu siyasətini məsuliyyətsiz adlandırıb. İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya görə Amerika silahlarının pulunu ödəyəcək. İyulun əvvəlində “Politico” ABŞ ehtiyatlarının tükənməsi fonunda keçmiş Sovet respublikasına sursat və…
Daha çoxISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən həyata keçirilən “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə təqdim olunub. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir. Tədbir iştirakçılarına həmçinin süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib. Layihədə iştirak etmək məqsədilə Azərbaycandan iki nəfərin namizədliyi ISO tərəfindən təsdiq edilib.Bunlar, Texniki komitənin sədri – RİNN-in aparat rəhbərinin…
Daha çoxMilli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin 2025-ci il üzrə növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. SİA xəbər verir ki, iclasda spiker Sahibə Qafarova növbədənkənar sessiya barədə qısa hesabat verib. Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 3-də başlayıb. O vurğulayıb ki, sessiya müddətində Milli Məclisin yeddi iclası keçirilib, 45 qanun və qərar, eləcə də 2 konstitusiya qanunu, həmçinin 5 beynəlxalq müqavilə qəbul edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışıb”. Sahibə Qafarova…
Daha çoxMilli Məclis tətilə buraxılıb
Milli Məclis tətilə buraxılıb. SİA-nın xəbərinə görə, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.
Daha çoxMilli-mədəni identikliyin əsas göstəricilərindən biri
Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir Səkkizinci məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq…
Daha çoxAzərbaycanda “İstilik təchizatı haqqında” qanun qüvvəyə minib
Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib. SİA xəbər verir ki, qanun dövlət başçısının imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub. Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir. Qanuna əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan…
Daha çoxKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102 maddələrinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 30-na təyin edilmiş iclasında baxılacaq.
Daha çox