Zaxarova Departamentin bu qərarını lağa qoydu

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması və struktur islahatları çərçivəsində 1300 nəfər əməkdaş işdən azad edilib. SİA xəbər verir ki, bu addım Vaşinqtonun maliyyə yükünü azaltmaq üçün həyata keçirdiyi daha genişmiqyaslı islahat planlarının bir hissəsidir. Hadisəyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehzalı münasibət bildirib: “Gülməlidir ki, bütün bu illər ərzində məhz amerikalı diplomatlar dünyaya sübut etməyə çalışırdılar ki, insan hüquqları yalnız ABŞ-da kanonik şəkildə qorunur və hamı onlara bənzəməlidir”.

Daha çox

Berlində çox sayda xəsarət alan var

Berlində keçirilmiş “Rave The Planet” elektron musiqi festivalında kütləvi xəsarət halları baş verib. SİA “Bild” nəşrinə istinadla bildirir ki, ötən gün təşkil olunan tədbirdə ümumilikdə 89 nəfər təcili tibbi yardım tərəfindən müayinə edilib, onlardan 69-u xəstəxanaya yerləşdirilib. Yağışlı hava şəraitində keçirilən festival zamanı ümumilikdə 400 nəfərə tibbi yardım göstərilib. Yaralanmaların əsas səbəbləri alkoqol və narkotik istifadəsi ilə bağlı olub, bəzi hallarda bədənə xəsarət yetirilməsi faktı da qeydə alınıb. Bir neçə şəxs təhlükəli vəziyyətdə olub, lakin xəsarətlərin dəqiq xarakteri barədə məlumat verilməyib. Hadisə ilə bağlı şəhər üzrə təcili yardım resurslarının demək…

Daha çox

Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb

Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı işini yekunlaşdırıb. SİA xəbər verir ki, kino müsabiqəsinin əsas mükafatı slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə təqdim olunub. Film Şumava dağ bölgəsinin qoruq meşələrində yaşayan qeyri-adi tənha qardaşlar – əkizlər Frantişek və Ondrjey Klişikdən bəhs edir. Onlar əziz ev heyvanları ilə əhatədə, sehrli bir dünyada “əbədi uşaqlar” kimi yaşayırlar. Festivalın prezidenti mükafatına tanınmış montaj ustası İrji Brojek layiq görülüb. Onun kino karyerası 1970-ci illərdə başlayıb, o, İrji Mentsel, Vera Xitilova, Ladislav Smolyak, Karel Kaxinya və…

Daha çox

Rusiya hücum planlarını həyata keçirə bilmir

Rusiya ordusu bu ilin yayında qurduğu hücum planlarından əhəmiyyətli dərəcədə geri qalır. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb. Dövlət başçısı bildirib ki, hərbçilərlə, eləcə də müdafiə naziri Rüstəm Umerovla görüşüb: “Biz əsas müdafiə bölgələrindəki vəziyyəti Baş Komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirə etdik. Xüsusilə də, Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyəti…”

Daha çox

İsveçdəki Azərbaycan diaspor təşkilatlarının birləşməsi ilə bağlı videotoplantı keçirilib

Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələrinin geniş tərkibli videokonfransı baş tutub. SİA xəbər verir ki, İsveç Krallığın və Azərbaycan Respublikasının Dövlət Himnləri ilə açılan görüşdə əsas diqqət təşkilati islahatlara, struktur dəyişikliyinə və gələcək fəaliyyət istiqamətlərinə yönəlib. Toplantının ən mühüm nəticələrindən biri İsveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən 20 Azərbaycan dərnəyinin bir araya gələrək vahid qurum – SAF (İsveç Azərbaycan Federasiyası) daxilində birləşməsi və Sevda Dadaşova ilə Kəmalə Nəbiyevanın həmsədr seçilməsi olub. Bu addım diaspor təşkilatlarının fəaliyyətinin daha koordinasiyalı, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir. Toplantı çərçivəsində yeni…

Daha çox

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 5 il ötür

Bu gün Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbi qulluqçunun şəhid olmasının 5-ci ildönümüdür. SİA xatırladır ki, hər iki hərbi qulluqçu 2020-ci il iyulun 14-də Tovuz döyüşlərində ön xətdə qəhrəmancasına şəhid olublar. Xalqın yaddaşına “səngər generalı” kimi həkk olan Polad Həşimov 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutaraq genişmiqyaslı təxribata əl atdı. 14 iyul səhəri Azərbaycan tarixinə qara hərflərlə yazıldı, ancaq bu qara səhifənin…

Daha çox

“Bitcoin”in qiyməti yenidən rekord qırdı

İyulun 14-də Bakı vaxtı ilə saat 00:05-də “bitcoin”in məzənnəsi əvvəlki maksimum qiymətdən yuxarı qalxaraq 119 min dollar həddini keçib. SİA xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir. Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance”də “Bitcoin”in qiyməti 119.025 min dollardır. Əvvəlki tarixi maksimuma iyulun 11-i səhər saatlarında nail olunub – 118 min dollar.

Daha çox

Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Baku Network” Analitik Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş 14 jurnalistin fotoşəkillərindən ibarət sərgi təşkil edilib. SİA xəbər verir ki, tədbirin açılışında çıxış edən səfirliyin müşaviri Nigar Hüseynova 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, eləcə də elan olunmamış müharibəsi ilə üzləşməsindən danışıb. Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayan diplomat 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən, ilk şəhid jurnalist Salatın Əsgərova, 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nazirlərini daşıyan…

Daha çox