Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su çatışmazlığına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər əvvəlcə Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən “Qanlıgöl” sututarına baş çəkiblər. Məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də “Qanlıgöl” sututarının suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Uzun illər təmir edilməyən və nəticədə…
Daha çoxDay: July 14, 2025
Qazax və Samuxda qaz kəsiləcək
Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli…
Daha çoxPaşinyan Brüsselə getdi
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfər edib. SİA xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Bildirilib ki, bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında üçtərəfli görüş planlaşdırılır.
Daha çoxXətai rayonunda yeni nəqliyyat svetoforları quraşdırılıb
Nizamlanmayan yolayrıcında piyada və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb. Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.
Daha çoxDünya bazarlarında neft bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
Daha çoxNYMEX əmtəə birjasında təbii qazın qiyməti 4%-dək artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3,68% artaraq 3,436 ABŞ dolları təşkil edib.
Daha çoxQızmar diskomfort hava olacaq
Azərbaycanda tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 14-də Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Daha çoxXocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. SİA xəbər verir ki, ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə – 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd…
Daha çoxBu gün 40 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə…
Daha çoxBritaniyada uşaqlar üçün 500 milyon funtluq fond yaradılıb
Böyük Britaniya hökuməti çətin şəraitdə yaşayan ailələrə və uşaqlara dəstək məqsədilə 500 milyon funt sterlinq (təxminən 675 milyon ABŞ dolları) dəyərində “Daha Yaxşı Gələcək Fondu”nun yaradıldığını elan edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, növbəti 10 il ərzində həyata keçiriləcək bu təşəbbüslə 200 minədək aztəminatlı uşağın təhsilə çıxışı genişləndiriləcək, onların təhlükəsiz yaşayış mühitinə sahib olmaları təmin ediləcək və ailələrə dəstək göstəriləcək. Maliyyə naziri Reyçel Rivz əlavə olaraq bu təşəbbüs üçün yerli idarəetmələrdən, sosial investorlardan və xeyriyyəçilərdən daha 500 milyon funt sterlinq cəlb etmək planlaşdırıdığını açıqlayıb.
Daha çox