Suriya hakimiyyəti Latakiya vilayətində meşə yanğınlarının sürətlə yayılması ilə əlaqədar Türkiyə ilə sərhəddəki Kessab keçid məntəqəsini müvəqqəti bağlamaq qərarına gəlib.
SİA-xəbər verir ki, Suriyanın “Əl Vətən” nəşrinin məlumatına görə, istisna yalnız ünsürlərlə mübarizədə yardım göstərən yanğınsöndürmə briqadaları və humanitar təşkilatların xüsusi texnikası üçün edilib.
İyulun 2-də başlayan yanğınlar Latakiyanın şimal bölgələrini, o cümlədən Taftahia və Kastal Maaf kəndlərini, eləcə də Farnak təbiət qoruğunu sürətlə əhatə edəndən sonra bölgədə vəziyyət kritikləşib.
Son məlumatlara görə, yanğın artıq 15 min hektardan çox meşə sahəsini məhv edib, yeddi kəndin əhalisi təxliyə edilib, qurbanların sayı isə 5 min nəfəri keçib.
Hadisə yerinə mühüm qüvvələr cəlb olunub: Suriyanın 150-dən çox mülki müdafiə briqadası, 300 xüsusi texnika və könüllülər.
Yanğınsöndürmə işlərinə Türkiyə, İordaniya və Qətərdən xilasedicilər qoşulub və yaxın vaxtlarda İraqdan yardımın gəlməsi gözlənilir.
Əli Babayev