Qətər Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub


Qətər Suriyanın Latakiya vilayətində on gündür tüğyan edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub. SİA SANA xəbər agentliyinə istinadla bildirir ki, Qətərin bu məqsədlə göndərdiyi yardımın ilk partiyası artıq Hələb beynəlxalq aeroportuna çatıb.

Suriya Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, üç təyyarənin göyərtəsində iki yanğınsöndürmə helikopteri, bir neçə yanğınsöndürən və təcili yardım maşını, logistik dəstək avadanlıqları, eləcə də yanğınsöndürən heyətlər göndərililb.

Əlaqəli Xəbərlər