Azərbaycanda iyulun 11-də bəzi yerlərdə 36-38 dərəcə isti olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi…
Daha çoxDay: July 10, 2025
Nyu-Meksikodan dəhşətli görüntülər
Nyu-Meksikodan dəhşətli görüntülər
Daha çox“Tərəflər arasında davamlı dialoqun qorunması müsbət nəticədir”
“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla mümkün görüşü regional sülh prosesinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, bu cür görüşlər, xüsusilə neytral məkanda baş tutduqda, tərəflər arasında birbaşa dialoq üçün əlverişli şərait yaradır və vasitəçisiz danışıqlara imkan verir. Politoloq kimi hesab edirəm ki, bu görüşdən bir neçə vacib nəticə çıxa bilər: “Birincisi, sülh sazişinin imzalanması istiqamətində qalan texniki detallarla bağlı razılaşmalar əldə oluna bilər. Bu, prosesin konkret sənəd üzərində irəliləməsinə səbəb…
Daha çoxTaksi sürücülərinin identifikasiyası üçün SİMA texnologiyasının tətbiqinə başlanılıb
SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş “Bolt”, “Uber” və “Yango” mobil tətbiqinə inteqrasiya edilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur: “Bolt”, “Uber” və “Yango” tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və…
Daha çoxİlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib – YENİLƏNİB 2
İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib – YENİLƏNİB 2
Daha çoxBakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb
İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib. Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini oxudu.
Daha çoxƏcnəbi səyyahlar Şuşada Prezidentin Xüsusi Nümayəndəliyinin işi ilə tanış olublar
MTP (“Most Traveled People”) Beynəlxalq Səyyahlar Klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi inzibati binada olublar. SİA-nın məlumatına görə, səfər zamanı nümayəndə heyətinin üzvlərinə şəhərin bərpası mərhələləri haqqında ətraflı məlumat verilib. Səyyahlar həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin – şairə Xurşidbanu Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və müğənni Bülbülün büstləri ilə tanış olublar.
Daha çox“Qrup şəklində fəaliyyət göstərmək uşaqlarda…”
“Uşaqların erkən yaşlardan uşaq bağçasına getməsi onların psixoloji, sosial və intellektual inkişafı baxımından son dərəcə vacibdir. Baxça yalnız tədris və oyun məkanı deyil, həm də uşağın ilk sosiallaşma mühiti rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Onun sözlərinə görə, uşaq bağçasında formalaşan davranış nümunələri uşağın gələcək həyatına birbaşa təsir edir: “Uşaq ev mühitində əsasən ailə üzvləri ilə ünsiyyətdə olur. Lakin baxçaya başladıqda ilk dəfə yaşıdları ilə birgə fəaliyyət göstərmək, paylaşmaq, gözləməyi bacarmaq və öz fikirlərini ifadə etmək imkanına sahib olur. Bu isə uşağın emosional inkişafında, özünüifadə bacarığının…
Daha çoxRusiyadan Kiyevə raket və dron hücumu olub
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə 18 raket və 400-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ukraynaya silah tədarükünə başladığını açıqlayıb. Rusiyanın Ukraynaya hücumları davam edir. İki gün əvvəl müharibə başlayandan bəri ən ağır hücumunu həyata keçirən Rusiya bu gecə paytaxt Kiyevə növbəti hücumunu həyata keçirib. Kiyev meri Vitali Kliçko hücumda 2 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirərək deyib: “Şəhərdəki evlərə, avtomobillərə, anbarlara, ofislərə və bir çox binaya ziyan dəyib, yanğınlar başlayıb. Bir tibb məntəqəsi…
Daha çox“Hər cinsin özünəməxsus risk faktorları var”
“Psixi pozuntusu olan şəxslərin əksəriyyəti kişilərdir? Bu sualın cavabı sadə “bəli” və ya “xeyr” ilə verilə bilməz, çünki psixi pozuntuların növünə, diaqnoz meyarlarına, cinsiyyət fərqlərinə və sosial-mədəni təsirlərə görə dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Əvvəlcə qeyd etmək lazımdır ki, psixi pozuntular həm qadınlarda, həm də kişilərdə rast gəlinir, lakin onların yayılma forması və özünü göstərmə tərzi fərqli ola bilər. Məsələn: Depressiya və Anksiyete pozuntulari qadınlarda kişilərə nisbətən daha çox diaqnoz olunur. Bu, həm bioloji faktorlarla (hormonal dəyişikliklər, psixososial yük), həm də…
Daha çox