Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb

Aqrar Sığorta Fondu 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən sığorta ödənişlərini açıqlayıb. SİA xəbər verir ki, Fondun məlumatına görə, ilin ilk 6 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara, ümumilikdə, 4 milyon 435 min manat aqrar sığorta ödənişi edilib. Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi. Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435…

Daha çox

“Moskvanı cəhənnəmə çevirəcəyəm”

Dünya mediası Donald Trampın Vladimir Putinə münasibətinin necə dəyişə biləcəyini müzakirə edir Donald Trampın Ukraynada davam edən hərbi münaqişə ilə əlaqədar Rusiya dövlətinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı vədləri dünya mətbuatında dərhal reaksiya doğurub. Bundan əlavə, KİV ötən il Donald Trampın söhbətinin səs yazısının sızması ilə bağlı xəbər yayıb və o, Vladimir Putinə Rusiya paytaxtını bombalaması ehtimalı barədə əvvəlcədən xəbərdarlıq etdiyini bildirib. CNN-ə təqdim edilən audio yazıya görə, keçən il donorların qapalı görüşündə (seçkiqabağı kampaniya zamanı) Donald Tramp deyib ki, o, Rusiya prezidenti Vladimir Putini (“Moskvanı cəhənnəmə çevirəcəyəm”) hədələməklə…

Daha çox

Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib

Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib. Bu barədə SİA-ya Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib. Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib: “Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik”. Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən “Daçnik” adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.

Daha çox

“Pulsuz gəzir” deyə niyə nifrət edirik? – Blogger gerçəkləri

Bloggerlərin (xüsusilə də səyahət bloggerləri və kontent yaradıcısı influenserlərin) xarici ölkələri “pulsuz gəzməsi” çoxlarının marağına səbəb olan mövzudur. Əslində isə bu, “tam pulsuz” deyil, əmək qarşılığında alınan əməkdaşlıqlar və razılaşmalar nəticəsində baş verir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Əsas prinsip: reklam əvəzinə səfər Blogger, vlogger və ya influenserlər sosial şəbəkələrdə (YouTube, Instagram, TikTok və s.) güclü auditoriyaya sahibdirlər. Bu şəxslər müxtəlif ölkələrin turizm qurumları, mehmanxanalar, aviaşirkətlər və brendlərlə əməkdaşlıq quraraq məhsul və ya xidmətləri tanıtmaq qarşılığında pulsuz səyahət imkanları əldə edirlər. Kimlərə “pulsuz səfər” təklif olunur? Bunlar adətən 10K+…

Daha çox

Hitlerin nəvələri nüvə silahı əldə edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə edəcəyini bəyan edib Bugünkü dünya düzəni baş verən dağıdıcı müharibələr və münaqişələrlə çalxalanır. Hər bir qitədə insan ölümləri, şəhər və qəsəbələrin dağıdılması, tarixi bunaların, memarlıq nümunələrinin məhv edilməsi müşahidə olunur. Ağır, böhranlı vəziyyəti aradan qaldırmaq, dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün dövlətlər və onların başçıları o dərəcədə maraqlı görünmürlər. Çünki aparıcı dövlətlər müharibələrin baş verməsi ilə iri həcmli silahlarını satır, öz dövləti maraqlarını müharibə aparan dövlətlərə diktə edirlər. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi…

Daha çox

Azərbaycanın Xankəndi Zirvəsi: İƏT-də yeni səhifə

4 iyul 2025-ci il tarixində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsindəki Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyev öz çıxışında nümayəndələri qədim Azərbaycan torpağı olan Qarabağda salamlayaraq, bu tarixi hadisənin 30 illik Ermənistan işğalından azad edilmiş bir bölgədə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etdi. O, Qazaxıstana İƏT-ə səmərəli sədrliyinə görə təşəkkür edərək, Azərbaycanın 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş zirvələrdən sonra üçüncü dəfə İƏT Zirvəsinə ev sahibliyi etdiyini vurğuladı. Zirvənin Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı…

Daha çox

Şuşadan İrlandiya, Kanada və ABŞ-yə ilk dəfə açıqcalar göndərilib

MTP (“Most Traveled People”) klubunun səyyahı Devid Cozef Lanqan ilk dəfə Şuşa şəhərindən birbaşa İrlandiya, Kanada və ABŞ-yə poçt açıqcaları göndərib. SİA xəbər verir ki, bu, Şuşa şəhərinin azad edilməsindən sonra ilk beynəlxalq poçt göndərişi olub. Bundan başqa, klubun səyyahı Rhodora Burton Leqaspi ilk dəfə Şuşadan Nyu-Yorka açıqca göndərib. Açıqcalar şəhərin poçt şöbəsindən göndərilib.

Daha çox

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsindətəşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib. Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraqAzərbaycan Texniki Universitetində keçirilən son etapda özbilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsiləsınaqdan keçiriblər. YekundaBakı, Quba, Gəncə,…

Daha çox

Pakistanın nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır. Səfər çərçivəsində nümayəndə heyətinin ədliyyə naziri Fərid Əhmədovla və Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşləri nəzərdə tutulur.

Daha çox