Dünya səyyahları Ağdamda

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam şəhərinə gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. SİA xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin…

Daha çox

BP Azərbaycanın mədəni irs layihəsinə dəstək verib

BP şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib. SİA xəbər verir ki, layihə çərçivəsində BP XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib. Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək…

Daha çox

Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

“İlk dəfə olaraq iki ölkə arasında birbaşa konkret və işgüzar danışıq baş tutub” “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş bir sıra mühüm məqamları ilə daha aktual xarakter alıb. İlk növbədə ona görə aktual görüş kimi qiymətləndirilməlidir ki, iki ölkə arasındakı sülh müqaviləsinin imzalanması üçün səmərəli müzakir aparılıb. Çünki bu görüşə qədər hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir çox detallar işlənilib hazırlanıb. Demək bu görüş artıq həlledici qərar üçün hazırlıq məqsədi daşıyır. Xüsusi bu görüşün ənənəvi məkanlarda deyil, Birləşmiş Ərəb…

Daha çox

Gəncə şəhərində qazın verilişi bərpa olunub

Gəncə şəhərində ikigünlük fasilədən sonra təbii qazın verilişi tam bərpa edilib. SİA-nın məlumatına görə, şəhərin bəzi ərazilərinin “mavi yanacaq”la təchizatı ötən gün axşamdan mümkün olub. Xatırladaq ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaztənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-i və 9-da “Gəncə-1″, “Gəncə-2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatı dayandırılıb.

Daha çox

Texasda daşqınlarda ölənlərin sayı 120-yə çatdı

ABŞ-nin Texas ştatında daşqın qurbanlarının sayı 120-yə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 172 nəfər itkin düşüb. Məlumata görə, daşqından ən çox zərər çəkən Kerr qraflığında 59 böyük və 36 uşaq həlak olub. Qeyd edək ki, Texas ştatında güclü yağışlar nəticəsində iyulun 4-ü daşqınlar baş verib. İlkin olaraq 104 nəfərin öldüyü bildirilmişdi. ABŞ Prezidenti Donald Tramp iyulun 6-sı ştatın Kerr dairəsində fövqəladə vəziyyət elan edib. O, iyulun 11-i daşqınlardan zərər çəkmiş bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Daha çox

Pirallahıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirildi

10 iyul 2025-ci il tarixində Pirallahı rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də yerli idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl RİH başçısı və…

Daha çox

Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Təşkilatın Baş katibi seçilib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib. Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb. BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.

Daha çox

İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. SİA xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Daha çox

Azərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunur?

“Son illərdə Azərbaycana avtomobil idxalında ciddi artım müşahidə olunur və bu idxalın əsas hissəsi bir neçə ölkənin payına düşür. Ən çox avtomobil gətirilən ölkələr sırasında Yaponiya, Cənubi Koreya, Almaniya, Çin və ABŞ xüsusi yer tutur”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Yaponiyadan hibrid və elektrik mühərrikli avtomobillərin idxalında artım qeydə alınıb. Bu isə həm yanacaq sərfiyyatına qənaət, həm də ekoloji amillərlə bağlıdır: “Çin istehsalı avtomobillər də bazarda getdikcə daha çox yer almaqdadır. Bunun səbəbi həm münasib…

Daha çox